Page 563 - Vahid Rzayev
P. 563

561




                  • Xoşbəxtliyin me'yarı varmı ey İnsan? Bədbəxtliyin me'yarı varmı ey İnsan? İstəyə,
                  arzuya, fikirlərə, düşüncələrə, bir də, Əbədiyyətə, me'yar yoxdur, ey İnsan!
                  • Kim ki, harmoniyanı (ahəngi), duymaq istəmirsə, heyif...

                  • Vətənin sərhəddi? - tarixidir, tarixlərdədir.
                  •  Deyirlər,  deyirlər,  deyirlər!  Yad  olanları  nə  tez-tez,  deyirlər.  Özlərini isə, həmişə
                  yaddan çıxarırlar, görəsən axı bunlar, nə deyirlər?

                  • Dəymə, müqəddəslik xatirinə, dəymə. Nəticələri çox ağır olur, dəymə!

                  • Qaranlıqdan çıx, İşığa gəl! Ləl İşığına, Eynə, gəl!
                  •  Müəllimin  şagirdi,  fikirlərini  bildirməyə  başlayanda,  onun  müəlliminin,
                  “müəllimlik” qədəri, bilinir, görünür.

                  • Hər Dahilik, yazır özünə Baş daşı!
                  •  Canlıya,  İnsana,  “soyuq dəymir”,  ətrafın qarası,  acısı, hopur  canımıza,  gör ki, bu
                  İnsan  nə  imiş.  İnsan,  Kainatla  Yer  aləmi  arasında,  rabitə  üçün  yaranıb.  İnsan,  o,
                  rabitəni pozmağa çalışdıqca, Təbiət də, karıxır. Əsir, Coşur, sanki İnsana, suallarını
                  yağdırır.  Onda,  İnsan  vahimələnir,  yenə  də,  üzünü  Kainata  tutur,  Kainatla,  özü
                  arasında,  “o  ilkin  rabitəni”  -  çağırır.  Ətraf,  Təbiət,  sakitləşdikcə,  insan  yenə  də,
                  unudur. Gör ki, bu İnsan, nə imiş!

                  •  Gülün,  çiçəyin,  ağacın,  kolun  ətri,  (rayihəsi)  torpağındır.  Çiçəklərin  rəngləri,
                  Planetlərin  rəngidir.  Səmanın,  göy,  mavi  olmasına  Karıxma,  o,  Səma  rəngi,  Dəniz,
                  Okeanların, Günəş işığından, əks olunma, rəngidir. Axşam Qaranlığı, Kainatın, ilkin
                  rəngidir.
                  • Kainat, sirrləri açandır. Müəmmalarla, İnsan fərq, isbat, axtarandır.

                  •  “Fəlsəfə”  -  deyir,  “məkan  yoxdur!”.  “Məkan”,  Ovalın  (ellipsoidin)  özündə  olan,
                  Planetlərin,  məzmuisidir.  Cəm-cəmin,  özündədir.  Məkan,  istinadlarıdır.  Fəlsəfə,
                  Kainatın mərkəzini axtarır. Kainat, dördə bölünüb, Dörddədir. Dörd üstə, Dörddədir.

                  Ovalı, Dördə böl, Dörddədir.
                  • Öləndən sonra, bilmək istəmirəm. Diriykən bilmək istəyirəm.

                  21.06.2017
                  ***

                  Düşüncələr, Fikirlər...
                  • Əgər ilkdən, (O, Partlayışdan), Kainat forması, Ellipsoid (Oval), həndəsi quruluşda,
                  olmasa  idi,  riyazi  ədəd  və  tənliklər  olmayacaqdı.  Riyazi  ədədlər,  yenə  də,  həndəsi
                  quruluşun, çərçivəsi daxilindədir.

                  • Münasib, hələ Mütənasib deyil!
                  • Ruh dediyimiz, Yaradandan, Yaranışa İşıq Payı, yaranış varlığıdır, (o, sinədədir).
   558   559   560   561   562   563   564   565   566   567   568