Page 560 - Vahid Rzayev
P. 560

558




                  16.06.2017
                  ***

                  Sonu olmayan, Dünya...
                  Qəribədir, bu İnsan, “Dünyanın sonu olacaq” - deyib də, hay salıbdır!

                  Günəş  sistemi  və  ətrafında  hərəkətdə  olan,  Planetlərin  mövcudluğu,  4,5  milyard  ili
                  əhatə edir. (Astronomiya, Elminə istinadən).
                  Əgər,  bu  müddəti,  4,5  milyard  ili,  bir  az  kiçiltsək,  şərti  olaraq,  deyək  ki,  Günəş
                  sisteminin mövcudluğunu, 1-milyard, İldir, desək!

                  Həmin bu, Bir milyard il ərzində, nə qədər canlı gəldi, Yer üzünə? Kim bilir?
                  Onu, Yer üzü Bilər, onu, Yer üzünün Yaddaşı, Bilər!

                  Min  illər  ərzində,  İnsanlar,  dəfələrlə  Yer  planetinin  başqa  bir  Planetlərlə,
                  “toqquşacaqdır” - dedilər, amma onlar, O, Planetlər, öz Orbitlərindən çıxıb da, biri-
                  biri ilə, üz-üzə Gəlmədilər, biri-biri ilə, Toqquşmadılar!

                  Son  illərdə,  bu  İnsanlar,  daha  da,  irəliyə  gedib,  indi  də,  Yer  planetinin,  Günəşlə
                  “toqquşacaqdır”, deyərək, istəyərək, “Dünyanın sonu”, olacaqdır, deyirlər!
                  Dünyanın,  Dünyaların,  Kainatın,  sonu  yoxdur,  Kainatda  mövcud  olan,  Bütün
                  Planetlərin, Birlikdə, həmahəng, Sinxron, Simmetrik, Birgə hərəkətləri, mövcuddur və
                  vardır!
                  Hanı o, Dağıdıcı Qüvvə ki, Dünyanı dağıda bilsin?

                  Hanı olan O, həmin, O, Qüvvə?
                  İlkdən, Kainatlar, Aləmlər, Yaranmadı Dağılmağa, bir də, Son olmağa!

                  Kainatlar  Yarandı,  Törətməyə,  Törədiciliyə,  Nizamla  hərəkətləri,  Tarazlaşdırmağa,
                  Küllü - Kütlələri, Düzümünə gətirib, Bərabərləşdirməyə!
                  Planetlərin  biri-biri  ilə,  toqquşma  halını,  səbəbini,  Planetlərin,  dağıdıcılıq
                  mexanikasının səbəblərini, şərh etməkdən isə, israrla, çəkinərək, susmaqdadırlar!

                  16.06.2017
                  ***

                  Dünyanın - Dünyaların, Sahibi Var...
                  Ətrafımızda, hər nəyi görürüksə, hər nəyə baxırıqsa, deyirik ki, onlar bu Dünyanındır!

                  Dünya deyib, Dünyadayıq!

                  Dünya içərisində, Dünyanın da, necə olduğunu - Bilməliyik!
                  Dünya içərisində, Dünyanı, tələb edirik!

                  Dünya bizim deyil ki, Dünyanı tələb edirik, Dünya, “mənimdir” - deyirik!
                  Dünyadayıq, Dünya iləyik, Dünyanın Özü iləyik!
   555   556   557   558   559   560   561   562   563   564   565