Page 562 - Vahid Rzayev
P. 562
560
• Ağrısızlıq əhatəsində, ağrılı insan.
• İnsan, dörd məvhum qarşısında acizdir: aclığın, susuzluğun, yuxusuzluğun, bir də,
ölümün.
• İnsanda, dörd yaddaş aləmi var: göz, bədən, dad, bir də, baş (kəllə).
Dörd ağrısız, (ağrı verməyən), varlıq əhatəsində olan İnsan: süd (ana), Su, hava, bitki
aləmi, (qida) - bu dörd məvhum, canlı varlığa, cismani ağrı, verməyənlərdir
(ağrısızdırlar).
• Heyvanat aləmi üçün də, ağrı verməyən, sahələr var. Qəribədir amma ki, bu belədir:
şir, pələng, it, canavar, pişik, balalarının yerini dəyişdikdə, mütləq olaraq, onları
dişləri ilə, boyun nahiyəsindən yapışıb, yer dəyişərlər (bu heyvanların boyun nahiyəsi,
ağrımayan sahədir).
At ayağı, ağrı verməyən nahiyə olduğu üçün, At ayağına, nal vurulan zaman, ona ağrı
vermədiyindən, sakitliklə gözləyə bilir.
İnsanda, tük kəsildikdə, əl-ayaq, dırnaqları kəsildikdə, (qısaldıqda), ağrı vermir.
Quşlarda dimdik, buynuzlu heyvanlarda buynuz, Kenquruda qarın, it-pişikdə, pəncə
və s. ağrısızdırlar.
• Əgər İnsan, başı ilə yox, Dili ilə düşünürsə, (məntiqsiz danışır), xəstəliyin
əvvəlindədir. Əgər İnsan, düşünə bilmirsə, (istəmirsə), vücudun yarısı yoxdur. Əgər
İnsan, iftira və yalan danışırsa, demək o, daha “ölmüş”, bir cındır.
• Dörd məvhum ardıcıllığına, sığan İnsan: gəlişi (yer üzünə), yaşadığı müddət, (illər),
məzarı və bir də, “daşa” - yazıya sığan adı.
• Yerdən, qopa bilməyən İnsan! Üfüqi baxışla Ümid gözlədi, Şaquli baxışla,
Kainatdan Kömək, dilədi.
• Ey İnsan, sizin “dünyanıza” baxdım, sığa bilmədim. Haqq dünya qanunlarından isə,
qopa bilmədim.
• Hələ də, İnsanlar elə bilirlər ki, hər bir Ulduz, bir Günəşdir. Bu yanlış fikirdir.
Kainatda hər bir Ulduz, bir Günəş, olmuş olsa idi, o, “Günəşlərin” istisindən, elə bir,
Kainat alovlanması, baş verərdi ki, o, Kainat alovlanmasının qarşısını almaq,
mümkünsüz olardı.
• Məhdudiyyət - məhrumiyyət deyil. Məhrumiyyətər isə, məhdudiyyətlər deyil, ey
İnsan!
• Heyif biz İnsanlar, “bu dünya” ilə, “o dünyanın”, mə'nalarını dərk etmək istəmədik.
Kainata isə, öz qanunlarımızı “diktə” etmək istədik. “O” isə, qəbul etmədi.
• Bütün İnsanlar, Dünyanı dedilər, Dünyadan isə, deyə bilmədilər.