Page 567 - Vahid Rzayev
P. 567
565
M. Füzuli, İ. Nəsimi, H. Cavid, U. Şekspir, söz dedilər, əsərlərini Sözdə dedilər, sözü,
elmi məntiqində dedilər. Söz deyilməsə, söz tamamlanmaz.
• Bu, Yer üzü, necə olaydı? İlki kimi, xətsiz, sərhədsiz olaydı! İnsanlar, ilkdə olduğu
kimi, bir-birinə, sevincli, mehriban, bir-birinə, ehtiyaclı olaydı. Sənin yox, Mənim
yox, bizim-sizin yox, yaşamaq, hamımızın olaydı.
• Bu Ərəfədə, silaha tuş olmuşuq! Öz Ərazimizdə, o silahlara qarşı, silah olmuşuq!
• Meyvələr, ağacların-kolların, Sözlər, İnsanların! Rayihələr, Rənglər, çiçəklərin -
güllərin, Sözlər isə, İnsanların. Onlar, dad, rəng, meyvəsə, Sözlərimiz də, bir
meyvədir!
• Sevinc gözləntisi, sevinc başlanğıcı ilə, bu Həyata, gəldi İnsan!
Kədərlər arasına bürələndi, niyə, bu İnsan?
23.06.2017
***
Fikirlər, Düşüncələr...
• “İnsandır” - deyib, düşünən İnsan...
Nə böyük İnsandır, o, İnsan!
“Heyifdir” - deyib, düşünən İnsan...
Nə böyük İnsandır, o, İnsan!
“Yazıqdır” - deyib, düşünən İnsan...
Nə böyük İnsandır, o, İnsan!
• Müəllimə də, Müəllim gərək! Bu Yer Həyatı, Müəllimsiz nəyə gərək?
Göy Qübbəsi də, Kəhkəşan da, Kainat da, bir Müəllimdir! Onun, ardıcıl hərəkətlərinə,
dəyişməyən hallarına, davamiyyətinə Baxmasaydıq, seyr etməsəydik, Məntiqdə,
“məntiqi” necə deyərdik?
• Düşüncə olmasa, Söz olmur! Söz olmasa, o, sözdən, Düşüncə olmur. Sözün, ilki
düşüncə, Sözün, özü, düşüncə. Kainatın, ilkin düşüncə. Düşüncə ilə, düşüncə. O,
yaradar, düşüncə. Nə tapılsa, düşüncədən tapılar. Nə icad olunsa, düşüncədən icad
olunar. Nə kəşf edilsə, düşüncədən kəşf edilər.
• Bir kitablır, söz və sözlər, amma, Kitabdakı bir kəlmə, bir “söz” - o, böyük bir
açardır.
• Narkomaniya -Bəşəriyyətin, mərtəbə-mərtəbə, mərhələ-mərhələ, məhfi! Dünya
müharibələrinin, başqa bir, növü, başqa bir üslubu. Ərazilərin, canlıları ilə birlikdə,
Müharibəsiz, müharibə etmədən, məhfi.