Page 568 - Vahid Rzayev
P. 568
566
Narkomaniya - özü-özü ilə, Bəşəriyyətin, özü ilə, Özündən özü ilə, kütlələrin məhfi,
bu mərhələdə, çox sükutla gedir.
• Ustad, H.Cavid əfəndim dedi ki, “ Kəssə hər kim, tökülən qan izini, qurtaran Dahi
odur, Yer üzünü!”.
24.06.2017
***
Eşqin, dərmanı...
Əgər, Eşq, “dərdlərə dərman”, olsa idi, elə Eşqin özü, dərman olardı...
Eh...heyhat, eşqə düşən də, Eşqin -biçarəsidir...
24.06.2017
***
Fikirlər, Düşüncələr...
• Soruşsaydılar ki, bu Yer həyatında, nə istəyərdin?
Cavab verərdim ki, təməl sinifdən başlayıb, Dünya elmlərini, yenə də, öyrənməyə,
Təhsilimi istəyərdim. (hələ də, gec deyil).
• Ömür, o Dünya ilə, bu Dünya arasında, deyil. Ömür, O, ikisinin, “dueti”,
arasındadır.
• Hal olmasa, “mə'na”, olmur. “Mə'na”, olmasa, məntiq olmur. Kainat daxili isə,
bunlarsız olmur.
• Nədir həsrət, hardadır həsrət? Yerdə ikən, yerdəki Qaranlığa, yoxdur həsrət. Əbədi
olan, O, İşığadır, Həsrət!
• Sevgi - Gözəlliyindədir. Məhəbbət - Birliyindədir. Budur bağlılıq, budur anlayış.
• Kainatdakı İşıq Aləmi, elə bir Aləmdir ki, orada, ölmürlər! Çünki orada,
doğulmurlar.
• Söz sirr deyil, amma, Səsin özü İnsanlara, əsrarəngiz bir, sirdir.
• Səslənən fikirləri və ideyaları, “obyektivə”, “subyektivə”, bölə - bölə, həqiqi Fikrin,
nəyi əhatə etdiyini, müzakirəsiz, natamam halda, göstərmirikmi? “O, Sənin fikrin
elədir” deməklə, “mənim fikrimsə, belədir...”, deyilmirmi?
• Əbədiyyət - elə bir Aləmdir ki, orada, “son oldu”, olmur. Hər son, bir Başlanğıcdır.
• Aləmin, sevdasına bir bax. Sevdanınsa, Aləminə bir bax...
• Nəyin çirkin, nəyin eybəcər olduğunu, (mutant, Varlıq olduğunu), göstərə bilmərik,
bir-birimizə! Çünki, hər bir Yaranmış, gözəlliyin özü ilə, Özündə Yaranıb!
• İstək üçün, inamın gərək ola! İnam üçünsə, İstəyin gərək ola!
• İnanmasan aldanmayacaqsan, aldanmasan, inanmayacaqsan. Daha düşünəcəksən.