Page 573 - Vahid Rzayev
P. 573
571
Od, Vulkan, onun, Külü niyə? - bilmirik.
Zəlzələ, Tsunami niyə? - bilmirik.
Okean, Dəniz, Çay, Göl, Səhralar niyə? - bilmirik.
Su, Bulud niyə? - bilmirik.
Dağ, Dərə, niyə? - bilmirik.
Uçmada Quşlar, sularda Balıqlar niyə? - bilmirik.
Qum, Daş niyə? - bilmirik.
Xöşbəxtlik, Bədbəxtlik niyə? - bilmirik.
Bu ərəfədə, bu Əsrdə yaranmışıq, niyə? - bilmirik.
İşıqdan gəlmişik, hara Qayıdacağıq? - bilmirik.
Yarandığımızı bilirik, axı, bu görkəmdə niyə? - bilmirik.
Cəm Planetlərin, hərəkət verici ətrafında, hərəkətdə olduğunu, niyə? - bilmirik.
At qaçır, İlan sürünür, Tısbağa ləngdir, niyə? - bilmirik.
Bayquş, Yarasa ,niyə? - bilmirik.
Qaranquş, yerə yenməz, Suyu, su hövzələrindən, Uçuşda içər, niyə? - bilmirik.
insan, nələrisə bilir, nələrisə bilmir, niyə? - bilmirik.
Bunlar, fizioloji, bioloji, Təbiət, hadisələrdir? Görəsən niyə? - bilmirik.
Çünki, Bilmək istəmirik ki, Bilmirik...
28.06.2017
***
Fikirlər, Düşüncələr...
• Nə, bu Yerdən, nə də, bu Aləmdən, istəyirəm. Kainata baxıb, Kainatdan, istəyirəm!
Bura, (Yer aləmində), Qədərlər, Bölünən, Kainatdan isə, O, Qədərləri, “Böləndir”.
• Ömür bizə yoldaş! Biz, ömürə yoldaş! Ömür, qayıtmağımıza yoldaş! İşıq isə,
Əbədiyyətimizə yoldaş!
• Hər bir İnsan, bir Dünyadır! Yer üzünə, İnsan gəldi, sevindim, çünki, Dünyamıza,
“Dünya gəldi”, deyib də, sevindim! Yer üzündən, İnsan getdi, kədərləndim, çünki,
“Dünyamızdan, dünya getdi”, deyib də, düşündüm.
• Əgər, məkr, yalan, “məqsəd”, karıxdırmaq varsa - deməli, İddia var!
• Bə'zən demək, bə'zən susmaq, bə'zən heç deməmək, Gözləmək!
• Kainata üz tutar - Sözlə! Düşünər - Sözlə! Ümid gözləyər - sözlə! Deyər - Sözlə!
Qapıları açar - Sözlə, o, Qapıları bağlayar - Sözlə!