Page 571 - Vahid Rzayev
P. 571
569
Onda, o, Maşın - mexanizmlər hərəkətdə olarkən, sür'ətlə hərəkət edərkən, o,
Maşınlar, aşmayacaq, devrilməyəcək, hərəkət zamanı, biri-birinə toxunmayacaq,
əzilməyəcək, faciələr törənməyəcək!
Gəmilərin Su üzərində hərəkətləri, Dalğa Bucaq hündürlüklərə görə, “yırğalanmalar”-
sükunətləşəcək, sakitləşmək, hərəkət sür'ətləri, artacaq!
O, Maşın - mexanizmlərin, istehsalına, yeni metal - xəlitə, açıq qəhfəyi rəngində
olacaq!
27.06.2017
***
Fikirlər, Düşüncələr...
• İsti, soyuq, gecə, gündüz, həyat, ölüm, özü bir sübutdur! Onlar, sübutsuz, “sübut,
olduqlarından”, onları sübut etməyə də, lüzum yoxdur. Necə ki, Kainatı, onun Sahibi
Mütləqinin də, Özünün, Sübut Edilməsinə də - Ehtiyacı yoxdur.
• “Söz”, quru bir kəlmədir? Yox! Söz, Kainat Aləmində, Kainat Aləminin,
Özündəndir!
• Dərviş, yaxından baxar, Dərvişə, uzaqdan baxarlar. Dərvişi, dərk etməyə, Dərviş
gərək! Dərvişə “su” - gərək, uzaqdan, “fidan” - gərək, o, Kitabı gərək. Yə'ni ki,
Sufidən gərək!
• Musiqi kollektivlərində, Ansambllarda, hər bir musiqi aləti, öz vaxtında, öz yerində,
öz zamanında səslənir. İfaçılar Musiqiçilərə, musiqiçilər isə, İfaçıya, yer saxlayırlar.
İndiki ərəfədə, İnsanlar arasında, hansısa bir mövzuya, diqqətlə qulaq asıb, dinləmək,
eşitmək istədikdə, sanki orada olanlar, bir Kvartetə, bənzəyir. Oradakı insanların
hamısı, eyni vaxtda danışmağa, fikir deməyə, çalışırlar. Daha, nə bir - birini eşidən, nə
də ki, bir - birinə, imkan verən var. Hərdən, belə bir təəssürat yaranır ki, bu
müzakirələr, “xoru”, Xor kapellasına, bənzəyir. Yə'ni ki, eyni mövzunu, eyni vaxtda,
o, İnsanlar, hamılıqla, səsləndirir.
• Yer Planeti, İşığı, İstisi, Su, Qidaları ilə, biz İnsanlara, bir xilaskar və yaşadıcıdır.
Yer planetinin, səthində olmaqla, biz ona nə bəxş edirik? (dağıdıcılıq, viranələr,
təşəkkürsüzlük, Günəşə e'tnasızlıq). Vücudumuz, vaxtsız-zamansız və dayanmadan,
bizim, “var olmağımız” üçün, çalışmaqda və fəaliyyətdədir. Vücudumuza nə bəxş
edirik? Xəstələnəndə, bədən üzvlərimizi, yad etməyimiz?
• Məhəbbət, sədaqətlə olan məhəbbətdir! O, Sədaqəti olmayan məhəbbəti, kim sevər?
• O, Cəmiyyətdə ki, hamı şəxsiyyət olmaq istəyir, o, cəmiyyət qarışıq olur. O,
Cəmiyyət ki, öz şəxsiyyətinə dəyər verir, o, Cəmiyyət, yeni Şəxsiyyətlər, yetişdirir!
27.06.2017
***