Page 574 - Vahid Rzayev
P. 574

572




                  •  İnsan,  Sağa  baxanda,  Solu  görmür!  Sola  baxanda,  Sağı  görmür!  İnsan,  Yuxarıya
                  baxanda, Aşağını görmür! İnsan, Düz, “baxmaq”istəsə - Düzü görür!
                  • Dərd, nə tələsir, nə də ki, axtarır! Dərdləri, bəlaları, İnsanın özü axtarır, özü tapır!

                  dərd, İnsandan qorxur, İnsandan qaçır, İnsan isə, axtarıb, onu tapır! Sonra İnsan deyir
                  ki, “bu nə dərddir, dərdə düşmüşəm?”. Amma, heç demək istəmir ki, “Öz dərdimin,
                  dərdinə”, düşmüşəm.
                  • Çox düşündürücüdür, “Qanad qürrələnir, yoxsa Quş?”. Qanad uçmur, Uçurdur!

                  • Nə böyük bir, Xöşbəxtlik! Allahın - Dünyası Var. Dünyanın - Allahı Var. Bütün
                  Bəşəriyyət, “O”-nun, Dünyası içərisində, var...

                  29.06.2017
                  ***
                  İstəsək də, istəməsək də, bu hallar, belədirlər...

                  İnsan, bütün hallar arasında dayanıb, bir çox hallardan isə, əvvəlcədən xəbərdar olmaq
                  qabiliyyətinə malikdir.

                  Çünki İnsan, bir çox halları, bütün halları, əvvəlcədən bilmək, marağındadır!
                  İnsanın, Ayağının altı qaşınanda, deyirlər ki, “Yol gedəcəksən”.

                  Əlinin içi qaşınana, deyirlər ki, “pul gələcək”.
                  İnsanın, Qulağı gələndə, (yə'ni, qulaq daxili, qaşınanda), deyirlər ki, “uzaqdan, xəbər
                  gələcək, məktub gələcək”.

                  Əldən, qaşıq, pıçaq, çəngəl, düşəndə, deyirlər ki, “uzaqdan, qonaq gələcək”.
                  Ana deyər ki, “balam üçün, Burnumun, ucu göynəyir”.

                  Gözlər, yol çəkəndə, deyirlər ki, “istəklisinin yolunu gözləyir”.

                  Səbr səslənəndə, deyirlər ki, “gözlə, tələsmə”.
                  Yemək, duzlu olanda, deyirlər ki, “həyat yoldaşını, çox istəyir”.

                  Xanım,  evdə  yemək  hazırlaya  -  hazırlaya,  mahnı  “mızıldadısa”,  deyirlər  ki,  “evdə,
                  sakitlik, mehribançılıq, rahatçılıq var”.
                  Və sairələr, və bu kimin diqqət yetirmələri ilə, deyilən fikirlərdə, bir həqiqətlər də,
                  vardır.
                  İnsan  nəyi,  nələri  bilmək  istəmir?  İnsanların,  bütün  Bəşəriyyətin  bir  istəyi  var,
                  “gələcəkdə, ola biləcək halları, əvvəlcədən bilmək marağı”, daha üstündür!

                  Kim, nələrisə, əvvəlcədən bilmək istəməz, öz aqibəti ilə, maraqlanmaz?

                  29.06.2017
                  ***
                  Hər biri, Əlifbada deyilmi?...
   569   570   571   572   573   574   575   576   577   578   579