Page 558 - Vahid Rzayev
P. 558

556




                  Günəş - İşığın, simvoludur!
                  Od - Yerin, dərin Qatlarından qalxar,

                  Günəş - Öz işığını Saçar, Öz ətrafını, Ətrafında hərəkətdə olan, Planetləri,
                  İşıqlandırar!

                  14.06.2017
                  ***

                  Ərazimiz...
                  Ərazimiz və Özümüz, Hz. Nuha qədər də, Hz. Nuhdan sonra da, heç vaxt, Ətrafımıza,
                  Xalqlara, Mədəniyyətlərə, Ziyankarlıqlarla, Saxtakarlıqlarla, yanaşmadıq.

                  “O”  –  Bizi,  Ərazimizi,  Dünya  Tufanından,  Nuha  qədər  də,  Nuhdan  sonra  da,  Hifz
                  Etdi, Qorudu!

                  İşıqla, Zərlə, yenə də, İşıqlı Etdi...
                  14.06.2017
                  ***

                  Qaranlıqla, İşıq...

                  Min illərdir, deyilir ki, İşıq, Qaranlığa, qalib gələcək!
                  Qaranlıqlar isə, İşığa qalib gələcək!

                  Deməli, iki Varlıq arasında, yə'ni, İşıqla, Qaranlıq arasında, ağır döyüş, yaxud da, ağır
                  müharibə, gedir?
                  Qətiyyən yox!

                  İki  Varlıq  arasında,  yə'ni  İşıqla  -  Qaranlıq  arasında,  Ağır  döyüş,  Mübarizə,
                  Getmədiyindən, heç vaxt Qalib tərəf olmayıb, ola Bilmədi, olmayacaqdır da!
                  Çünki, hər iki Varlıq, yə'ni Qaranlıqla - İşıq, Üz-Üzədir!

                  Onlar, biri-birindən, ayrı ola bilmədilər, ayrı da, ola, bilməzlər!

                  Gecəsiz, Gündüz ola bilməz, Gündüzsüz isə, Gecə!
                  Onların, hər İkisi, biri- birini Tamamlayırlar!

                  Onların, Hər İkisi, İşığın özündə, Tamamlanırlar!
                  İşıqla, İşığın özü ilə, Tamamlanırlar!

                  Biri-biri arasında, İşıqla - İşıqda, Tamamlanırlar!
                  Qaranlıq İşıqda, İşıq Qaranlıqdadır!

                  Bütün başlanğıclar, Qaranlıqla, İşıq Arasındadır!

                  Dən, Toxum, Tum, Dənə, Qaranlığa, “əkilir”.
   553   554   555   556   557   558   559   560   561   562   563