Page 556 - Vahid Rzayev
P. 556
554
Amma, bütün istəklərimiz isə, düşüncənin tezlik sür'ətinə çevrilərək, O, Kainat
Sahibinə, Anilikdə Çatır!
Əgər ki, belədirsə, deməli, Düşüncə və İstəklərimizlə, şox ehtiyatlı, çox diqqətli,
olmaq məcburiyətindəyik!
İstəklərimz, arzuladıqlarımız, Dualarımız, Anda Oraya, çatar!
Düşüncənin sür'əti və gücü, Vaxta-Zamana sığmadığından, hər çağırışımız, anında
Oraya, çatır!
Belə olmasa idi əgər, onda, ha çağır, nə vaxtsa, milyon illərdən sonra, Orada
eşidiləcəksə, olacaqsa, onda o çağırışımızın, o xahişimizin, nə köməyi dəyərdi bizə?
Onda, özümüzü yormağımızın da, heç bir mə'nası da, olmazdı!!
Necə Dəqiqdir, necə Dəqiq Qurubdur, “O” - ki, heç bir varllğın çağırışı, istəkləri,
Nəzərdən uzaqda Qalmasın!
Amma, Kainat istəklərin arasında, bir çox, istəklərimizin də, öz yeri, öz kateqoriyaları
var!
Çünki, hər bəd, qaranlıq istəklərimiz də, qəbul olunmayan, özümüzə dönən, özümüzə,
qaytarılandır!
08.06.2017
***
İnsan istəkləri...
İnsan o qədər istəklər istəyə bilir ki, amma bütün istəkləri, onun ətrafında olsa da belə,
o, öz istəklərini, hansı səmtdə axtarmalı olduğunu, tapa bilmir!
08.06.2017
***
Kaş ki, Bəşəriyyət...
Kaş ki, Bəşəriyyət, qalxardı Kainata, oradan, Kainatdan baxaydı, Yer üzünə!
Onda görərdi ki, O, nələri edibdir, bu, Yer Üzünə!
Tanrı Gözü ilə, Baxmayaydı Yer Üzünə, öz baxışı ilə baxardı, bu Yer, üzünə!
Onda Bəşər görərdi ki, nələri edibdir, bu Yer, Üzünə!
09.06.2017
***
O, Bəşəriyyət...
Nələri məhf etməyə, çalışmadı o, Bəşəriyyət, bu Bəşəriyyət!
Nə Tanrı, nə də ki, Yer üzü, bezmədi, dayanmadı, doymadı, bu Bəşəriyyətdən!
Onlar, Bəşəriyyətin - Ali bir Bəşər olacağını, Gözlədilər!