Page 554 - Vahid Rzayev
P. 554
552
Cəsarət, sənli olub, Sənlə addımlamalıdır,
Sən ona Cəsarət, o da dönüb sənə Cəsarət verdiyindədir!
Cəsarət, sənli olub, Sənin olmalıdır!
Cəsarət, qan gətirib, qanla deyil!
Cəsarət, qan, dağıntı, faciələr qarşısında Dayanıb, Cəsarətlə,
Yaşadıb, Yaşatmaqdadır!
05.06.2017
***
İşarələr, Simvollar...
Oxudum, baxdım, düşündüm!
Hardan aldıq bu işarələri, bu “simvolları”?.
Bizmi gətirdik, bu işarələri, bu simvolları?
Onlar bizə qədər də, var idi?
Kim gətirdi bu işarələri, bu simvolları?
Niyə yazılarda, mətnlərdə işləndi, bu işarələr?
İlk, Yer üzündə olan, ilk Yer insanından gəldi, bu işarələr, bu simvollar!
İldırım, şimşək çaxdı - çaxdı, insan onu “nida”- etdi, maraq etdi, onu işarələdi (!).
Yerə baxdı, torpağa baxdı, hər cücərən - cücərtiyə baxdı onun formasına, quruluşuna
baxdı, maraq başladı, “nədir bu torpaqdan baş qaldıran, bu cücərtilər”- onun oxşarını
işarələdi (?), ona, “sual” dedi, sual kimi, işarələdi.
Sözlə, söz arasını, fasiləli olduğunu bilib, onu bir xətlə işarələdi (-).
Fikrini, sözünü dedi, dayandı, fikir bitdi. Yeni fikri deyənəcən, onu nöqtələdi (.).
Nöqtə, sonmu?
Nə düşündüsə, necə düşündüsə, onları maraq işarəsi ilə, işarələdi!
Bir işarəni isə, tapmadı, “bu daha sondur”- deyilə biləcək, o, işarəni, tapmadı.
Sözmü son, Düşüncəmi son, Cümləmi son, Həyatmı son, Günmü son, Gecəmi son,
Təbiətmi son, daha nələr və nə, son?
O, “sonu”, ola bilməyən, o, işarəni tapmadı!
O, olmayanı, tapa bilmədi, onun işərisini də, göstərə bilmədi!
Kainata baxdılar, “Kainat Sonsuzdur” dedilər, amma, Kainatın Öz Sonudur, bax, onu
deyə bilmədilər!
“Sonu olmayanın”, “Son”, olmayanın, işarəsi də, olmaz!