Page 54 - Vahid Rzayev
P. 54
52
O, Sevda, bu Sevda, Aləm Sevda!
Hər iki, Aləmin Sevdasında, Aləmlərin, Sevdasını axtarırıq...
12.07.2015
***
Günlə, Gün...
Günə - gün gərək, istəklərimizə, Gün gərək!
Gün, Günlə başlar, istəklərimizə, İşıq gərək!
İstəklərimiz İşıqla başlanmasa, Qaranlıqlar içərisində, istəklərimiz, batar!
12.07.2015
***
Yalanla, həqiqət
Yalanla, Həqiqətin, fərqi nədir?
Həqiqət - həqiqət olduğu üçün, çox ağırdır!
Yalan isə, uydurulmuş olduğundan, yüngüldür, “çəkisiz olduğundan”- o, hər tərəfə,
əyiləndir!
Həqiqət, öz Məqamını gözləməyi bacarandır!
Yalan isə, gizlənməyi, istəyən, aradan, həmişə uzaqlaşmağa çalışan, qaçandır!
12.07.2015
***
Dialektika...
Dialektika - nə sənin, nə mənim, nə sizin - nə bizim, fikirlər, hamımızındır.
Görünən - görünməyən, Bilinən - bilinməyən, bu Dialektikanın, başlanğıcıdır, özüdür,
Dialektika - o, bölməz, amma fikirləri, böldürər, bir məxrəc qədərinə, nizama, gətirər.
Dialektika - bilirəm yox, bilmək, istəyirəmdir
12.07.2015
***
Bu aləm.
Elm, dilçilik, təbiət və ardıcıl fiziki hallar, Kainat nizamında olmasa idi, insan bu
mə'fumları bu qədər dəqiqliklə və ardıcıl dəyişməyən, yubanmayan, bərabər
temperatur hədlərini və halları, yaratmaq gücünə malik ola bilərdimi?
Bu mütləq olan halları, insan “öz gücündə”- dəyişmək iddiasındadır, fikrindədir?
Qəribədir...
13.07.2015