Page 53 - Vahid Rzayev
P. 53
51
Əgər Yer üzündə, bütün Bəşəriyyət, Çörəksiz ola bilməzsə, onda, Yer üzünün özü də,
Sözsüz, Hecasız, Cümləsiz, Səssiz, Dadsız, Rəngsiz, İyisiz, Rayihəsiz və heç,
Məntiqsiz də, ola bilməz!
Nəfəs, söz, heca, dad, rəng, səs, hava, su, Yer üzünün, “Çörəyidir ki”, heç ondan da,
doymaq olmaz!
Çörəklə, Söz!
Sözlə, Çörək!
Hecadan, Söz!
Sözlərdən, Cümlə!
Cümlələrdən, Düşüncə!
Heç, onlardan da, “doymaq”, olmadı!
Heç onlardan da, “doyan”, olmayacaqdır!
11.07.2015
***
Gözə, Göz gərək...
Gözə, göz gərəkdir, görməyə, göz gərəkdir.
Göz, gözü göstərər, görməyə, göz gərəkdir.
Vücut, özünü gözlə görər, görməyə, göz gərək.
Yada - yaddaş gərək, yaddaşa, bilmək gərək!
Bu Aləm, göz önündədir, görməyə, göz gərək!
Öyrənməyə, vaxt gərək, düşünməyə, müddət gərək!
Hər varlıq özünü bəyan edər, göstərər,
Var olduğu üçün, özünü bəyan edər, göstərər!
Hər varlığı da, görməyə, gözə - göz, gərək!
12.07.2015
***
Sevdasındayıq...
Nədir Sevda, necədir, Sevda ki, Aləmlərin, sevdasındayıq?
Sevdadan gəlmişik, sevda axtarırıq, hər iki Aləmin, sevdası arasında, dayanmışıq!
O, Aləm sevda, Bu Aləm, sevda!
İki Aləmin, sevdası arasında, dayanmışıq.
Nədir həsrət, nəyədir həsrət? Hər iki, Aləm İşığının, həsrətindəyik!