Page 50 - Vahid Rzayev
P. 50
48
Başqa yerə, başqa bir Vilayətə, getməli olsan, oradakı insanların biri-birinə
münasibətini bilmək istəsən, o şəhərin, o ölkənin bazarına yox, məzarlığına get,
məzarlığına bax!
Dirilərin, biri-birinə olan münasibəti o ölkənin, məzarlığından da, görünər.
O məzarlar, qarışıq haldadırsa, o şəhərin, o ölkənin diriləri arasındakı, münasibətlər
də, qarışıqdlr, dirilərin biri-birinə münasibətləri də, e'tinasızlıqladır, biri-birinə
diqqətsizlikdədir.
O Ölkənin, o şəhərin məzarlıqları bir cərgəlidirsə, ardıcıldırsa, deməli, o şəhərin, o
Ölkənin, insanları biri-birinə mehribandır, diqqətlidir, qayğılıdır, biri-birinə
sevimlidir.
Güzgü fərdi göstərər, məzarlıq xalqı göstərər, yaddaş tarıxi göstərər, tarix xalqı
göstərər.
10.07.2015
***
Yer üzündə, məzarlar, məzarlıqlar...
Çox qəribədir, çox düşündürücüdür!
Statistika mə'lumatına görə, Yer üzündə, Yeddi milyard, əhali var!
Bəs quşlar, balıqlar və başqa canlıların sayı, haqda mə'lumatlar var?
Mən bilən belə bir dəqiq statistik, hesabat yoxdur.
Amma, diqqətlə düşünüldükdə, bu ərəfədə, əgər Yer üzündə, Yeddi milyard əhali
varsa, deməli - gələcəyə, Yer üzündə, Yeddi milyard, məzar olacaqdır, məzar, var...
İlk, Yer üzü İnsanından, bu Dövrə qədər, nə qədər, İnsan gəldi, Yer üzünə?
Nə qədər, İnsan qayıtdı, Yer üzündən?
Arxeoloji qazıntılar, müxtəlif ərazilərdə, min illərdir ki, aparılır.
Bu, Arxeoloji qazıntılardan, əşyalar, şəhər ərazisi, aşkar olunur.
Amma, o ərazidə, yaşamış olan o əhalinin məzarlıqları, aşkar olunmur.
Halbu ki, əgər yaşayış sahəsi, şəhər qalıqları varsa, deməli o ərazidə, əhali də, mövcud
olub!
Əgər düşünsək ki, Yer üzünün, yarı hissəsi Su hövzələri, yarı hissəsi, Quru sahə,
olmuş olsa da, belə, Yer kürəsinin özünü, miqyaslara bölsək, hər məzar sahəsinə, şərti
olaraq, bir metrdən olan, məzar sahə ayrılsa, onda, Yer üzü, ancaq Məzarlıqlardan
ibarət olmalı, başqa, yeni məzarlıqların qazılmasına, heç, yer də, qalmamalı idi?
Onda, Yer üzü, ancaq məzarlıqlardan ibarət olmalı idi, ayaq qoymağa, yer də,
çatmamalı idi.