Page 52 - Vahid Rzayev
P. 52

50




                  Yuxuda, Yuxu...
                  “Anesteziya”,  (xalq  arasında  “Narkoz”, o  cərrahiyyə  əməliyyatı  zamanı  xəstəni,
                  pasienti, müvəqqəti yuxlatmaq üçündür), nədir?

                  O, halda vücudu, öz vücudundan, ayıran nədir?
                  O, müvəqqəti olan, bir yuxudur!

                  Canı-candan, vücudu-vücuddan, Vücudu  Ağrıdan,  ayıran,  Ağrını  vücuddan,  ayıran,
                  Yuxudur!

                  O, yuxu müddətinda, Baş yatmaz, Baş, mürgüləməz.
                  O,  baş,  (kəllə)  bir  mütləq  olub,  Kainatlara  yüksələr,  “O,  Mütləqə,  Əbədiyyətin
                  Mütləqinə” - yaxın olar!

                  O, Mütləqə, (obsolyut) “yaxın” ki, orada, qorxu yox, təlatüm yox, ağrı yox, acam yox,
                  suzam yox, üşüyürəm yox, istidir yox, vahimə yox, ümidsizlik yox, inamsızlıq yox!
                  Canı-candan, Vücudu-vücuddan, ayıran, Kainata, O, Mütləqə yaxın edən, “Yuxudur”.
                  İlkimiz ora, Sonumuz da, oradır!
                  Yuxu ilə, qalxarıq, ora!

                  Kainata qalxar, Yuxu ilə, qovuşarıq, onda, ora!
                  Yuxudan, o, “anesteziyadan”, bizi, ayıldarlar!

                  Çünki, özümüz də, oyanmaq istəyərik, oyanarıq, onda!

                  Qayıdarıq, yenərik, qovuşarıq yenə də, Yerə, Yer Aləminə, Bura!
                  11.07.2015
                  ***

                  Sözlə, Cümlə...

                  Mülahizələr, olmasa idi, Cümlələr, qurulmayacaqdı!
                  Hecalar, olmasa idi, Sözlər, deyilməyəcəkdi!

                  11.07.2015
                  ***

                  Çörəklə, Söz...
                  Xalq arasında deyirlər ki, “çörəyi ver çörəkçiyə, birini də, artıq” bəli, belə bir deyim
                  var!

                  Amma, bir də deyilsə idi ki, “kitabı ver kitab oxuyana, birini də, artıq” - o, deyim də,
                  yaxşı ola bilərdi! (Əgər o kitabı da, oxuyanı olsa idi).
                  Çünki, Kitabla  -  Söz, Kitabda  -  Söz,  o,  sözlər,  o,  hecalar  da,  mə'nanın,  məntiqin,
                  “çörəyidir”  -  ki,  heç  ondan  da,  onun,  mə'nasından,  məntiqindən,  heç  onun,
                  mahiyyətindən də, doymaq olmur!
   47   48   49   50   51   52   53   54   55   56   57