Page 467 - Vahid Rzayev
P. 467
465
Bu səbəbdən, İnsanın zahiri görkəmi, dəyişsə də, yadı - yaddaşı, daxili aləmi,
dəyişmir, həmişə yeni, həmişə cavan, qalır!
19.01.2017
***
Hər düşüncəmiz də, Sözə çevriləndir...
Hər düşüncə, sözə çevirildiyindən, söz də, sözlər də, cümlələr, fikirlər də, bu
səbəbdən, düşündürəndir.
Düşünməsək olmur.
Düşünməsək, o, sözə çevrilib, söz olmur.
Söz, sözlər, fikirlər, Yer aləmində, yerdəkilər, arasındadır.
Düşüncələrlə, düşüncə isə, tezlik qədərinə çevrilib, onları Kainatların özündə,
eşitdirəndir.
Yoxsa Kainat, hər xitabımızı, hər çağırışımızı, hər İstəyimizi, necə “bilərdi”, necə,
“eşidərdi?”.
Hər düşüncə - sözdə, hər söz isə, düşüncənin, fikrin, tezliyinə - sığandır.
Yer aləmində, “söz, sözlər”, səsdir - musiqi, kimindir.
O, “musiqi”, kimi olan, “söz”, hər tərəfə yayılan, hər tərəfdə, eşidilən, hər tərəfdə,
dinləniləndir.
O, səbəbdən, “söz, sözlər”, gizlənmir.
“Söz” deyilibsə səsdir, o daha, səslənibdir.
“Söz”, səsdir, o, gizlənə bilmir, onu gizlətmək olmur.
21.01.2017
***
Nə tükənir ki, tükənməyə, səbəb yoxdur ki...
Hər nə görürüksə, o nə vaxtsa, qurtaracaqdır, tükənəcəkdir, Günəş də, sönəcəkdir?
Yəqindir ki, hər başlanğıcın, bir sonu da, olmalıdır.
Yox, bu hal, mümkünsüzdür.
Çünki, bir başlanğıc var.
O, başlanğıcdan da, yenə də, davam edən, başqa bir, başlanğıc var.
O, başlanğıc halını, anını isə, dayandıra biləcək, başqa bir varlıq, yoxdur.