Page 472 - Vahid Rzayev
P. 472

470




                  Hər,  olan  bir  örtülü,  hər  olan  bir  sirr,  böyük  bir  mahiyyətdir,  mə'nadır,  maraqdır,
                  nəticədir.
                  22.01.2017

                  ***


                  Var olandan - varıq...
                  “O”- nun, nə sübuta, nə də ki, inkara ehtiyacı, yoxdur.

                  Hər  gördüyümüz,  toxunduğumuz,  hiss  etdiyimiz,  bildiyimiz,  elə  bizim  özümüz  də,
                  “O”- nun, varlığından bir sübut, deyilikmi?

                  Çünki biz, özümüz - özümüzü, yarada da, bilmərik ki.
                  Əgər, “yarada” bilsəydik, onda özümüzü, niyə bu görkəmdə, niyə bu quruluşda, niyə
                  bu anatomik, niyə bu fizioloji dəqiqlikdə, yarada, bilərdikmi?

                  Biz  canlılar,  Yer  üzündə,  əl  altında  olan  vasitələrdən,  materiallardan,  daş,  torpaq,
                  taxta,  dəmir  filizi  və  sairələrdən  istifadə  etməklə,  özümüzə  uyğun  və  lazım  olan,
                  maşın  -  mexanizm,  geyim,  məişət  əşyalarına,  onlara  görkəm,  tərtibat,  formalar
                  verməklə, İstifafə edə, bilirik.

                  Amma, onları və özümüzü, onların ilki kimi, yarada bilmirik.
                  Çünki,     onları,     olduğu     kimi     “yaratmaq”,       gücümüzdə,       təfəkkürümüzdə,
                  təcrübələrimizdə, deyildirlər.

                  Bu səbəbdən, hər nə varsa, “O”- nundur.
                  Hər nə qədərdə, nə sayda, miqdarda olmuş olsaq da belə, yenə də bizlər, “O” - nunuq.

                  İnsan özünü, İnkar edirmi?
                  Yox etmir, inkar etmək istəmir.

                  Niyə?
                  Çünki, öz - özünü, necə “inkar” elətdirsin ki, kimlərisə İnandırsın ki, heç onun özü də
                  belə, yox kimidir, yoxdur?

                  Necə edə bilər ki?
                  Əvvəlcə, özündən başlasın, “olmadığını”, özünə “sübut etməyə”, çalışsın.

                  Edə bilərmi?
                  Yə'ni, belə bir mexanizm, yaddaşsız mexanizm, varmı?

                  “O”- nun, O, Sahibi Mütləqin, nə İnkara və yaxud da ki, təstiqə, ehtiyacı - yoxdur.
                  Bütün  yaranmışların  və  yaranmalı  olacaqların,  “O”-na,  ehtiyacı  vardır  və  yenə  də,
                  olacaqdır.
   467   468   469   470   471   472   473   474   475   476   477