Page 418 - Vahid Rzayev
P. 418
416
Rəssamın, rəsm əsəri, rənglərin, duyğu dünyasıdır!
Qəzəlxanın qəzəlləri, mə'na, məntiq dünyasının, duyğusudur!
Rübailərin tərtibatı, dördlükdə, fikrin, düşüncənin çox konkretliyinin, duyğusudur!
Klassik musiqidə, ümumiyyətcə musiqi janrında, “Vazqa”, termini var.
Musiqi bəstəkarları, musiqiçilər, “Vazqa” terminini, yaxşı bilirlər!
Musiqi janrında, “Vazqa” - kənarlaşma, uzaqlaşma, ayrılma, uzaq səfərə getmə, bir
yerdən, başqa bir yerə getməklə, kədərlənmə, anlamını ifadə edir.
Bəlkə də, Azərbaycanın toy yığıncaqlarının, sonunda səslənən, “Vağzalı” (Vazqa),
sədası, həmin musiqi terminində, bir yerdən, başqa bir yerə, yer dəyişmə kimi, musiqi
səsində, bir duyğunun, səs təmsilçisi kimi, səslənməkdədir!
Çünki, dəmir yol stansiyalarının adı da, “Vağzal” kimi, ifadə olunur!
Dəmir Yol, stansiya qovşağının Dünya üzrə bir adı səslənir, “Vağzal”.
Dəmir yol stansitalarından da, Qatarlar ayrılır!
Qatarlar da, müxtəlif İstiqamətlərdə, insanları, bir yerdən, başqa bir yerə, daşıyır,
köçürür, aparır.
Vazqa da, Vağzal da, Vağzalı da, bir mə'na anlamı daşıyır ki, bir yerdən, başqa bir
yerə getmək, ayrılma məqamı, ayrılma, Vazqadan -Vağzalıdan başlayır.
Gəmilərin, sahildən ayrılma yeri, “Limandır”.
Təyyarələrin uçuş yeri, hava “Limanı”.
Yer altı, sərnişin daşımaları, qatarların hərəkətinə, “Metro” stansiyalarıdır.
Kosmik gəmilərin, yerdən ayrılma sahəsi, “Kosmodrom” adlanır!
Yuxarıda deyilənlər də, o limanlar, o, stansiyalar da, ad daşıyıcılarıdırlar.
Amma, gəlin köçəndə, duyğu səsi, duyğu sədası, “Vağzalı” səslənir, “Vağzalı”,
adlanır!
Bir evdən, bir məntəqədən, başqa bir məntəqəyə, səfər başlanır, səfər başlayır!
11.09.2016
***
Təhsil...
O, Vətən balasına, təhsil verməsən, o, vətən balasını, oxutmasan
kim o, vətən balasına təhsil verər, kim o, vətən balasını, oxudar ki?
Özümüzdən başqa, kim var ki...?
15.09.2016