Page 378 - Vahid Rzayev
P. 378
376
Zaman, Zamansızlıq...
Çünki İnsan gördüyünü mühakimə edir, hər hansı bir halın, niyə belə olduğunun,
mə'nası təhlilinə, cavabına, gücü çatmır!
Hər yer üzünə gələn, getməlidir ayrı, niyə getdi?...ayrı!
Yer üzünə, Hər bir Gəliş, sevincdirsə, hər bir Qayıdış da, qalanlar üçün, kədərdir!
Niyə, ömürlər müddəti, müxtəlifdir?
Biz Zamanla ölçərkən, müddətdir!
Heç bilmirik ki, Zamansızlıq da, Müddətsizdir!
Hər bir yer üzünə gəliş, özündən əvvəlkinin, natamam, tamına çatdıra bilmədiyindən
qalmış, ömrünün təkmilləşdirməsidir!
Ya, o, “təkmili”, yüngülləşdirib, azad etməsidir, ya o, ömür “təkmilini”, daha da,
mürəkkəbləşdirməsidir, o, Aləmə qayıdıb, özündən sonrakının, “təkmillərini”,
gözləməsidir!
Nə üçün Yer üzünə gəldiyimizi bilmiriksə, nə üçün Qayıtdığımızı da, bilməyəcəyik!
Hər yer üzünə gələnin qayıdışını, Yer üzündə onun olmasını, çox qıssa bir, “vaxt
müddəti” kimi, dəyərləndirəcəyik!
Həyat budur, Yer həyatı belədir!
“İşıqdan gəldi, İşığa qayıtdı” - deməyəcəyik, çünki hər bir itkimiz, çox kədərlidir!
04.08.2016
***
İnsan, Geoloq...
İnsan, Yer Aləminin, Geoloquna bənzəyir!
Geoloq, bütün ömrü boyu axtarır, çünki onun, ixtisası, filiz, süxur. qat, lay, faydalı
qazıntıları axtarıb tapıb, araşdırmaqdır!
Tapdıqca da, yenə nəyisə, nələri isə, yenə də, axtarır!
Tapır, yenə axtarır, FAYDALI olanı, axtarır!
İnsan da, belədir, bütün həyatını, bilib-bilməyə, axtarır!
Tapır, bilir, bildiklərindən, yenə də axrarır!
Son anda, insan da, deyir ki, “mən nə bildim ki, nəyə çatdım ki, bildikcə-bildim ki, elə
onu, o, qədər bildim”.
İnsan da, Geoloq kimidir, Tapdıqca, yenə axtarır, yenə də, bilir!
Yenə də, bildikcə, yenilikləri tapır!