Page 373 - Vahid Rzayev
P. 373

371




                  Amma, ilk yer insanından, bu üslub, onlara mə'lum idi və bu dövrə qədər də, gəlib
                  çıxıb!
                  İlk insandan, körpə uşaq, sancılananda, narahatçılığı olanda, deyərdilər ki, “ana südü,
                  qəlizdir”, yə'ni ki, qatıdır!
                  Əgər, Ana südü olmasa idi, o, südü, Keçi südü ilə, İnək südü ilə, bir miqdar qaynaylb,
                  soyumuş su ilə, normallaşdırıb körpə uşağı onunla, qidalandırardılar!

                  Vay o gündən ki, körpə uşaq, o qidadan bağırsaqlarında, yığıntı, çətinliyi olsun!
                  O, uşağı, bağırsaq toksinlərindən, azad etmək üçün, Qəmiş borulardan (kağız, şüşə,
                  rezin  az  qala  bu  yaxınlarda,  tapılıb,  kəşf  edilib.  İlk  insan  isə,  onlardan  çox-çox,
                  Qədimdir), istifadə edirdilər!

                  Amma, həmin istifadə ediləcək Qəmiş, təzə, yumşaq qəmişdən istifadə olunurdu ki,
                  hər  dəfə  Su  bağırsağa  daxil  edildikdən sonra,  o,  qəmişi  barmaq  arasında  sıxmaqla,
                  daxil edilən suyun geriyə qayıtmasının qarşısı alınsın.

                  Bütün Ərazi subtropik ərazi olduğu üçün, su içərisində Qəmiş bitkisi, asanlıqla əldə
                  edə bilirdilər.
                  Həmin prosedura, Azərlər, “qəmiş qoyma”, adı vermişdilər!

                  Həmin,  “Qəmişi”,  müəyyən  olunmuş  ölçüdə  kəsilib,  hazırlanıb,  balaca  uşağın
                  bağırsaq  sisteminə  kənardan,  daxil  etməklə,  ilıq  Su  o,  Qəmiş  vasitəsi  ilə,  bağırsaq
                  sisteminə, o, su qovulurdu.
                  Daxil ediləcək, Məhlulun nizamlama miqdarı, uşağın yaşından çox asılı olurdu!

                  Ovurda, ağız boşluğuna yığılan su, ağız boşluğunun həcmindən asılı olaraq, bir neçə
                  dəfə, məhlul, bağırsaq sisteminə qovulurdu!
                  Belə bir üslubla, indiki dövrdə, rezin boru vasitəsi ilə, uşağı bağırsaq toksinlərindən
                  azad etmək üsulu, bu dövrə qədər də, gəlib çıxıb!

                  Qəmişdən  istifadə  metodunun  biri  də,  oğlan  uşağının  “sünnətlədirməsində”,  dəllək,
                  quru Qəmişdən istifadə edərdi!

                  Amma,  xalq  arasında,  xüsusi ilə  Naxçıvanda,  bir iş baş  verdikdə, söz  çəp gələndə,
                  söz, fikir uzananda, həlli oluna biləcəyi halda, deyərlər ki, “sən də, qəmiş qoyma”.
                  Bu, “Qəmiş” ifadəsi, işlədildikdə, yə'ni ki, “sən də, vaxt alma”, kimi ifadə olunurdu!
                  Həmin, “Qəmiş qoyma”, indiki dövrdə işlədilməsə də, istifadə olunmasa da, amma,
                  insanların  dilində,  həmin  müalıcə  metodu,  başqa  bir  mə'nada  işlədilərək,  hələ  də,
                  yaddaşlarda ancaq, “Qəmiş”, ifadəsi qalıb.

                  Bəlkə  də,  tarixi  mahiyyəti  yaddan  çıxmış  olsa  da,  amma  o,  mühüm  müalicə  üslub
                  vasitəsinin adı, hələ də, müxtəlif mə'nalarda çəkilməkdə, işlədilməkdədir!

                  31.07.2016
   368   369   370   371   372   373   374   375   376   377   378