Page 374 - Vahid Rzayev
P. 374
372
***
Başına dönüm...
Qəribə bir hala heç vaxt fikir vermirik ki, heç bir Varlıq, mövsümündə, bizim Planetə
kənardan, tələb olunan miqdarda Su daşıyıb, Tökmür!
Amma ki, Yer kürəsi mövcud olandan, mövcud olması üçün, Su niyə tükənmir, niyə
qurtarmır?
Buludlar, bütün Yer kürəsinin sanki, Başına fırlanır!
Bəlkə də, “başına dönüm, fırlanım”, ifadəsi ilkdən, Suya aid, Buludlara aid olan bir
ifadə kimi, şərh olunurmuş?
Suyu əziz bildiyimiz kimi, kimimizi isə, Su qədərində lazımlı, Su qədərində istəkli,
əziz olduğu kimi ifadə etmişik...
Bəlkə də....
Yoxsa kimimizi isə, yerdə oturdub, dayanmadan onun başına hərlənməyimiz, “başına
dönüm”, deməklə, istəyimizi bildirməyə bir çox başqa ifadələr də, işlətmək mümkün
olardı...
Su Dəyirmanlarında, dəyirman daşını hərəkətə gəturmək üçün, mütləq olaraq,
Dəyirman Çarxına, Pərlərinə, Su tökülməlidir ki, o, çarx, dönsün, fırlansın ki,
dəyirman daşını hərəkətə gətirsin...
31.07.2016
***
Sədaqətli...
Sədaqətli olmaq lazımdır, sənin, hər İşində!
Sədaqətinin olmadığı, öz işində,
Sədaqət də dönüb, Qisasını alacaqdır,
Sənin, hər işindən!
01.08.2016
***
Doqquzluq sistemi...
Vurma cədvəlindəki, 9-luq sütunu, dörd riyazi qanunu, toplama, çıxma, vurma,
bölmə, şərtlərini, özündə əks etdirməklə yanaşı, Şaquli, Üfiqi, Dioqanal, En,
Hündürlük, Müstəvidə hər bir halda, 9-luq, özünü, Təstiq edir və özünü sübut Edir!