Page 379 - Vahid Rzayev
P. 379

377




                  04.08.2016

                  ***

                  Gəliş, Qayıdış...

                  Gəlirik, Yenirik, Yer Üzünə!
                  Seçmirik, Yer üzündə, hansı ərazi, hansı ailəni, hansı Ata, hansı Ananı, biz seçmirik,
                  hansı bacı, hansı qardaşı, biz seçmirik!

                  Amma ki, Yenib gəlirik, Yer üzünə!

                  Paradoksal bir haldır, düşünürük ki, indi niyə gəlmişəm, Yer üzünə?
                  Olmazdımı ki, gələm Yer üzünə, min il, bundan əvvəl?

                  Olmazdımı ki, gələm Yer üzünə, min il, bundan sonra?
                  Axı, gəlişi, axı qayıdışı biz seçmirik!

                  Dövrü, Ərəfəni, gəlmə müddətini axı, biz seçmirik!

                  Əgər, indi gəlmişəmsə Yerə, demək nə üçünsə, gəlmişəm bu Yerə?
                  Amma nə üçün?

                  Olmazdımı ki, gələm bu Yer üzünə, min il sonra?
                  İçimizdə bir “mən”, var!

                  Gah çağırır, gah susur!

                  O, mənim, “mənim”, deyil, o, içimin “mənidir!
                  Hərdən pıçıldayır, hərdən susur!

                  Nə isə, demək istəyir!
                  Amma, həmişə deyir də, “Əbədiyyət var!”.

                  Etdiklərin sabahın, sabah etdiklərindir!
                  Qalırlq, Bir Əbədiyyət, bir də, Özümüz arasında!

                  Mən, nələrisə etməliyəm!

                  Amma, nələrisə, etməməliyəm?
                  Mənə qalan o, “mirasların” davamını etməliyəm!

                  Məndən  əvvəlkinin,  natamam  qalanını,  çatdırmadıqlarını,  mən  yerbə-yer  edib, öz
                  yerinə çatdırmalıyam!
                  Onda, niyə gəlmişəm, Yer üzünə?

                  Bu, nə gəldi-gedərdir?
                  Bir yeməyə, bir Qidalanmaq üçün, gəlib-getmərik!
   374   375   376   377   378   379   380   381   382   383   384