Page 375 - Vahid Rzayev
P. 375
373
Doqquzluq Sistemi, o qədər Dəqiq və Həssas bir Sistemdir ki, ona əlavə olaraq, hər
hansı bir, köməkçi ədədi , nə əlavə etməyə, nə də ki, azaltmağa, ehtiyac qalmır!
Vurma cədvəlindəki, “Doqquzluq Sütununu”, sübut etməyə, ehtiyac yoxdur!
O, Özü, Sübuta Ehtayacı olmayan, bir Sübutdur!
Bu bir, Postulatdır!
02.08.2016
***
Şəhərin mərkəzi, Zaviyə məhləsi...
Yer kürəsi, sahələrə, ərazilərə, məsafələrə, bölgələrə ayrılıb!
Şəhər daxilindəki sahə bölgüləri, heç də, Dövlətlər arası, sədlər, sərhədlər, demək
deyil!
Bu ərazi bölgülərinə, xalq arasında, məhlə, kvartal, adı verilibdir!
Bunlar, ərazilərin, ərazilər arasındakı - məsafə, qonşuluğun, sahə göstəriciləridir!
“Məhlə” - Şəhər, Kənd, Qəsəbə daxilində, yerləşən sahənin, bir hissəsinə, aid olur!
Azərbaycan ərazisində, yerləşən bir çox yaşayış məntəqələrində, həyətyanı sahələrə
də, “məhlə”, deyilir.
Bu adlıq, yenə də, bir pay ərazi sahəsi olmaqla, tutulan sahənin, ərazinin,
məsafəliliyini bildirir!
Amma, yenə də, “Məhlə”, deyilir!
Böyük şəhərlər daxilində yerləşən Məhlələrin hər birinin özünə xas olan, davranışı,
ətrafla münasibət qurması və özünə aid, qayda-qanunu, olur!
Bu, məhlə adlığı, heç də, tək şəhər daxilində, əraziləri bildirmək üçün, sektor sahələri,
demək deyil, bu Məhlə adlığı, kəndlərdə də, qəsəbələrdə də, belə adlanır, “Məhlə”.
Hər məhlənin də, özünə xas, öz xasiyyətləri olur!
Hər məhlənin də, öz “qoçusu”, öz sənətkarı, öz tədbirkeşi, öz məsləhət vericisi, öz
məhlə davranışı, öz məhlə xüsusiyyəti olur!
Naxşıvan, şəhər daxili də, çox-çox Qədim dövrdən, Məhlələri ilə tanınıb, seçilib!
Şəhər mərkəzi, Zaviyə məhləsi adlanıb!
Şəhər daxilində, Zaviyə məhləsini, əhatə edib, Sarvanlar məhləsi, Şahab məhləsi,
Əlixan məhləsi, Xan diki kimi məhlələr!
Zaviyə məhləsi isə, ortada dayanıb!
Həmin məhlə ona görə mərkəz kimi tanınıb ki, Zaviyə məhləsi ərazisində, İsmayıl
xanın hamamı, ona yaxın ərazidə, “Köhnə hamam”, Poçt-Teleqraf mərkəzi, şəhər