Page 368 - Vahid Rzayev
P. 368
366
Hana, “Yaxmaq” isə, o, kütlənin yumşaq, yaxılan, ələ, ayağa çəkilən, mə'nasında
olub, amma ən əsası isə, o dövr və bütün dövrlərdə, Xalçanın bir növünə də, “Hana”,
deyilirdi!
Hana yaxmaq, yə'ni ki, Hana toxunar, Hananı ilmə-ilməyə toxuduqları kimi,
“Günlərin rəngarəng bir ilmə, hər anın, şən, şad rənglərlə bəzənmiş olsun”, mə'nasını
daşıyardı!
Gəlin ovcunun mərkəzinə çəkilən Hana, dairəvi olub, Günəş rəmzi, barmaqlarının
ucuna vurulan həmin həna rəngi, Günəşin, Yayılan İşığını, təmsil edərdi!
Həmin adət-ənənə, bu dövrün özündə də, hələ də, davranışlarda, yanaşmalarda, bütün
dünyada icra edilməkdədir!
Qərbdə, ərə gedən, xanımın Barmaqlarına qırmızı rəng çəkilir, Dodaqlarına da, həmin
Qırmızı rəng yaxılır!
Yə'ni ki, Hana, Xına Gecəsi mahiyyətinin mə'nası, itirilmir!
Təəssüf ki, bu son illərdə, Azərbaycanın bə'zi yerlərində, həmin “Hana gecəsini, Xına
gecəsini”, “Ciyar, Ciyər gecəsi”, adlandırmağa başlayırlar!
Bu ad, bu “Ciyər” adlığı, heç bir Mə'na, Məntiq, Toy, Şadlıq, Sevinc Mahiyyətlərinə
sığmır!
“Ciyar axşamı”, mə'nasının Mahiyyəti, heç bir ölçülərə, baxışlara, ardıcıllıqlara
sığmır!
Beləliklə, bir çox Mə'na Mahiyyətıərini itirə-itirə, daha özümüz də, öz aramızda, belə
getsə, deyəsən özümüzü də, unudacağıq!
23.07.2016
***
Duyğular...
Duyğular bütün canlılar arasında, bütün Bəşəriyyət arasındadır!
Düyğuların, Milliyəti yox, Duyğuların Cinsiyyəti (kişi-qadın, gənc-cavan, yaşlı- ahıl)
yox!
Duyğuların, Vətəni yox, Ərazisi yox!
Duyğular, bütün Canlılar arasında bölünəndirsə, deməli o, duyğular, ayrı-ayrılıqda,
hər birimizindir, hər birimizədir!
Duyğu, Hissdir, onun Dili yox, onun Cümləsi yox, o, Duyğunun ifadəsi yox!
Acı, Acıdır!
Nə qədər, Acıdır?
Şitin, Şirindir!