Page 366 - Vahid Rzayev
P. 366
364
Nə, Səssizdir ki?...
Cücə, yumurtadan çıxalı, öz, “Səs tezliyinə” uyğun, səs salır!
Quş səs, heyvanat Aləmi səs, ağac səs, yarpaqlar, səs!
Hamısı, səs əhatəsində, Səs!
Kainat, səs!
Astrofiziklərin, Kainatdan dinlədikləri də, səs!
Hamısı, səs əhatəsində, Səs!
Nə səssizdir ki?...
Heç düşünmədik, heç axtarmadır, heç tapmaq istəmədik ki, bu nə səsdir, səs
əhatəsində olan, səs?
Haradan aldıq, bizlər və bütün əşyalar, kütlələr, bu səsi, “Kim”, Bəxş Etdi, Bütün
Aləmlərə, Bu səsi?
Niyə, Bəxş Etdi, səsi?
Niyə Etməli İdi ki, Bu Səsi?
“Özü”, Haradan Aldı ki, Bu Səsi?
Bu, müxtəlif Tezlikli olan, müxtəlif olan, bütün, Səsləri?
“Səs” və “Səslər”, bütün səslər, İlk Təməl Anından, O, Böyük Partlayışdan,
Kainatların, o, İlkin, Yaranma Anından, bütün Kütlə, bütün Varlıqlara, bütün
Cisimlərə, bütün Yaranacaq Canlılara, O, İlkin, Təməl Səs Yaddaşından, O,
Partlayışın Səsi, O, Səsdən, Səs Yaddaşı, bütün varlıqlara, “Səs”, Qaldı Miras!
İşığa, Rəngə, Səsə, İstiyə, bir də, Su Qarşısında, heç bir, maniyələr, sədlər, sərhədlər,
Yaranmadı!
Onların Qarşısında, maniyələr, sipərlər, çəkməyə, elə bir Varlıq, elə bir Qüvvə, Ola
Bilmədi!
Təməli, təməl başlanğıcını, dəyişib, dəyişdirmək, Olmaz!
Bütün Varlıqlara, İşıq Qədərlərini ayıran, “O”, İşıq Sahibinin, İşığına isə, Sahib
Olmaq, Olmaz!
22.07.2016
***
Yeyilər?... yox onlar, Yeyilməz...
Yüz illərdir, Yer üzündə, bitkiləri, Ağacları kimyəvi birləşmələrlə, dərmanlayırlar!
Bütün növ Yaşıllıqlar və Ağaclar, Yer üzünə bir Bəzəkdirsə, eyni vaxtda, hər bir bitki
növü, O, bitki tərkibinin özü də, elə bir Dərman preparatıdır!