YER KÜRƏMİZ QATARIMIZ-Uşaq şeirləri

Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

GÜNƏŞ VƏ AY

 

Bapbalaca Çinarə

Al qırmızı Günəşi

Atasına göstərdi,

Ondan cavab istədi:

-“Ata, günəşdən danış,

Olum onunla tanış.”

Atası dedi: “-Qızım,

Mənim günüm, gündüzüm!

Gördüyün nazlı Günəş

Zəhmətsevər bir qızdır.

Adı Günəş olsa da,

Yepyekəcə ulduzdur.

Hər səhər tezdən durub

Dünyamızı dolanır.

Təbiət də onunla

Birgə qalxır, oyanır.

Ağaclara, otlara

Bolluca həyat verir,

Böcəklərə, quşlara

Qol verir, qanad verir.

Onun gəlişi ilə

Nur yayılır cahana,

Öz qızıl xonçasından

İsti təbəssüm ilə

Çiçək səpir hər yana.”

– “Bəs Ay necə, atacan?”

– “Ay igid sərkərdədir,

İşi – gücü gecədir.

Elə ki, Günəş yatır,

Bulud yapıncısını

Ay da çiyninə atır.

Ulduz qoşunu ilə

Keşik çəkir həmişə

Doğma Yer kürəmizə,

Bir də yatan Günəşə.”

2.I.1988

 

Kitabı Yüklə

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.