Vahid Rzaev və onun “VAR OLANDAN, var olmuşuq” Kitabı barədə bildiklərimdən…

Bu yazını yazmağa başlayarkən, ilk öncə onu düşündüm ki, Vahid Rzaevi və Onun yenidən gətirdiyi Elmlə İlahiyyat Aləmini başa düşmək, anlamaq üçün söz yetmir, sadəcə Onun yazdığı mətnləri böyük məsuliyyətlə, diqqqətlə oxumaq, düşünmək və dərk etmək lazımdır. …Ta`le elə gətirmişdi ki, 2009-2010 – cu illərdə mən bir iləyaxın Naxçıvanda yaşamalı olmuşdum və orada yaranan çoxlu boşvaxtımı müxtəlif bədii, elmi, fəlsəfi, dini kitablar oxumağa, müxtəlif araşdırmalar aparmağa sərf etmişdim. Xüsusilə dinlə bağlı ortaya çıxan çoxlu suallarım cavabsız qalmişdı, onlara cavab tapa bilməmisdim. Mən həyatı başa düşməyə başlayandan axtardıqlarım əsas sualların cavablarını isə, 2011-ci ilin əvvəllərində, ümümi dostumuz Hüseyn Cavadovun vasitəsilə 60 yaşımın tamamında Bakıda tanışolduğum, görüşdüyüm Vahid MÜƏLLİMDƏN almaqla başlamışam. Eyni şəhərdə yaşayıb boya başa çatsaq da, Onun işlədiyi Naxçıvan Dövlət Standartları Komitəsinin işçiləri mənim cavanlığımda rəhbərlik etdiyim müxtəlif ticarət idarələrindəyoxlamalar aparırdı, ancaq necə olmuşdusa, biz Naxçıvanda görüşməmişdik…bu faktdır. Sonrakı növbəti görüşlərimizdən birində, AMEA-nın H.Cavid prostpekindəki binasının yanında – O, mənə iki kiçik bağlam təqdim edərək: “içərisində bizim kitablardır, tanış ola bilərsinizmi? İki komplektdir, birini kimə istəsəniz verin”- deyə sakitcə, “Ahəstə” müraciət etdi. Mən hələlik bağlamlardan birini götürmək qərarına gəldim.

 
Beləliklə, 1999-2001 – ci illərdə Vahid Rzaev və Fikrət Rzayev qardaşlarının hərtərəfli səyləri nəticəsində hazırladıqları vənəşr etdirdikləri həmin kitablar məndə çox böyük maraq doğurduğundan onlarla tez bir zamanda tanış oldum. Kitablarla elə ilk tanışlıgımdan başa düşməyə başladım ki, 5 kitabın hamısıƏsas Kitabın – “YARANIŞ” – Kitabının açılmasına xidmət edir, kitabın 2-ci səhifəsində kiçik şriftlə heç bir yerdə rast gəlmədiyim: “Böyük Yaradan Deyimlərini yazıya gətirdi: Rzaev Vahid Zeynal oglu”, sonunda isə, belə bir mətn vardır: “Böyük Yaradan Deyimləri nə satılır, nə alınır, Böyük Yaradan Deyimləri dərk edilir. Dərk edilməyi çətin deyil, Böyüklüyün səndən uzaq deyil.”Bu mətnləri oxuyanadək – heç vaxt “Yaranış”, “Paklıq”, “Deyimlər” ,“İlahiyyat” məvhumlarının həqiqi anlamları barədədərindən düşünməmişdim. Bu kitablarla həm o dövrdəki tanışlıq, həm də keçən bu 5 il ərzindəki söhbətlərimiz məni bu qənaətə gətirdi ki, Rzaev Vahid Zeynal oglu Son Dərəcə Sadə və eyni zamanda Çox-Çox Böyük İnsandır, Onunla birlikdə olanların, Ona müraciət edənlərin hamısına təmənnasız kömək edir, xeyir gətirir, mənim üçün isə, bu tanışlıq və bu dostluq həm də Böyük Əvəzolunmaz Sərvət vəŞərəfdir. Keçən bu 5 il ərzində onunla bir yerdə olaraq onun dəyərli, sakit və yerində məsləhətləri, tövsiyyələri ilə bir sıra önəmli işlər görə bildik, nəticələr qazandıq (kitablar nəşr etdik: Elman Əliyev haqqında; Aydın Əzimbəyov haqqında; Fikrət Rzayevin “Söz” monoqrafiyası və “Söz konstruktorluğu” kitabları işıq üzü gördü – Naxçıvanda onların elmi müzakirələrini də təşkil etdik; Ramiz Dənizin Nəsrəddin Tusi irsi ilə bağlı 7 kitabının –elektron və yazı formatında dünyada yayilmasına yardımçı olduq və s. və i. a). Bütün dünya əlifbalarının Azərbaycanın Naxçıvan bölgəsindəGəmiqayada yaranaraq oradan hər yerə yayılmasını, onun təsdiqinin vətənimizin və dünyanın bütün qitələrindəki qədim qayaüstü təsvirlərdə, mədəniyyət abidələrində indi də mövcud olmasını sübut edən Əjdər Fərzəlinin “Nuh gəmisi, Gəmiqaya-Qobustan əlifbası” kitabını 2005-ci ildə Elman Əliyevin rəhbəri olduğu “Kainat Elmi Araşdırmalar mərkəzi”ndə dostlarımızın birgə səyi nəticəsində biz nəşr etdirsək də, onun əsil dəyər – qiymətini V.Rzaev verdi, bu ideya həm də “AqRa” EİDİB-in dövlətə təqdim etdiyi ilk layihəsi oldu vənəticədə dövlətin dəstəyi ilə həmin kitabı rus dilində yenidən nəşr etdik və çox geniş elmi müzakirəsinə və müxtəlif KİV-dəişıqlandırılmasına nail olduq. Adını Vahid MÜƏLLİMİN adlandırdığı “AqRa” Elmin İnkişafına Dəstək ictimai birliyini qeydiyyatdan kecirərək hazırda dünya çapında öz layiqli yerini tutmuşwww.aqra.az övraqını (sayt) yaratdıq. Hazırda dünyanın 96 ölkəsindən 23000 – ə yaxın oxucusu övraqdakı müxtəlif materiallara 100 min dəfədən çox baxmışdır. Sevindiricidir ki, onların on beş mindən yuxarısı Azərbaycandandır. Eyni zamanda 4600-dən yuxarı oxucunun isə, ABŞ və digər ingilisdilli ölkələrdən olması faktı da mövcuddur, bu isə cox düşündürücüdür, azından ona görə ki, oradakı materialların demək olar ki, hamısı Azərbaycan dilindədir… Hazırkı kitabda Vahid Rzaevin həmin övraqda gedən, elmin müxtəlif sahələrini əhatə edən 50-dən artiq (31.07.2015 vəziyyətinə) məqalələri, bundan başqa kitaba həm də qismən respublika mətbuatında və digər müasir KİV-də gedən, Özünün məsləhət bildiyi yazıları və ardıcıllıqda toplanmışdır. Kitabın əvvəlindəki ilk dörd məqalə Azərbaycanın çox-çox qədim tarixini əks etdirən Səlnamələrdir. Məqalələrin hamısı dünyada heç bir mənbədə bilinməyənləri və elmin müxtəlif sahələri haqqındadır. Onlar o qədər tutumlu vəorijinaldır ki, qarşısında əks söz deməyə, fikir söyləməyə yer qoymur.
 
1999-2000 – ci illərdə nəşr olunan 5 kitab kimi bu kitab da Əsas Kitabın – “YARANIŞ”- Kitabının açılmasına xidmət edir. Bir məsələni də deməliyəm ki, bütün yuxarıda qeyd etdiyim məsələlərdə və işlərdə mən daha cox koordinasiya(əlaqələndirmə) funksiyasını yerinə yetirmiş, öz marağım və dərkiyyatım daxilindəuyğun mövzulardakı elmi müzakirələrdə dinləyici qismində iştirak etməyə üstünlük verməyə çalışmışam. Ancaq bu illər ərzindəki müşahidələrim nəticəsindəəminlikləbunu deməyi özümə borc bilirəm ki, Vahid Rzaevin həm əvvəlki kitablarda, həm də “VAR OLANDAN, var olmuşuq” adı ilə nəşr olunan hazırki kitabında bütün yazdıqları: – öz sözü ilə desək: “Pastulat”-dır. – Belə bir termin var “Pastulat”. Pastulat – sübuta ehtiyac olmayan, sübut. Pastulat – Aksioma törədicisi, sübut içərisində sübut. Aksioma – sübut içərisində sübut, mütləq olan. Pastulatdan – törəmə, Evrikadır (tapdım). Sadəcə Onun yazdığı mətnləri diqqqətlə oxumaq, düşünmək, dərk etmək lazımdır. Vahid MÜƏLLİMİN indiyədək çap olunan bütün kitablarına onun böyük qardaşı Fikrət Rzaev ön söz yazardı. O, indi bu yer həyatında bizimlə bir yerdə olmasa da, bizdən yaxşı yerdədir, sağlıgında məni “qardaşım” adlandırmışdı, mən də müəyyən mə`nada onu əvəz etməyə çalışdım, ancaq , sözönü yox, bəzi məsələlərə aydınlıq gətirmək üçün bu sözardını yazmaq qərarına gəldim. … 27.07.2015 tarixində, axşam üstü Vahid MÜƏLLİMLƏbirgə bu kitabın üzərində işlədikdən sonra yaxın qohumum, son vaxtlar tez – tez görüşdüyüm Anarın maşını ilə qızım Günaygiləgedəsi oldum. Maşından yenəndə, kiçik bir dialoqumuz oldu. O, mənə rus dilində: – «Миридайы, чтосВамисегодня, Высего дня Весь сияете ?» deyə, müraciət etdi. – Mən: “Anar, çox önəmli bir kitabı nəşrə hazırlayırıq, yəqin ondandır…” – cavabını verdim. – Doğrudan?… – Bəli, Anar, kitab çıxsın verərəm, baxarsan… – Oldu!.. …Kitabı verəndə ona bir məsləhətim olacaq: « məsləhət görəcəyəm ki, əğər tapsa, həm də Vahid Rzaevlə Fikrət Rzayevin 2000 – ci ildə Bakıda nəşr olunan “Yaranış haqqında söhbət” kitabının 3 – cü hissəsini tapıb son – 142 – ci səhifəsinə də baxsın», düşünürəm ki, həmin kitab, Azərbaycan dilində olsa da, kiril əlifbasıilə cap olunduğu üçün, Onun bu mətni… oxuması çətin olmaz… Mirəkbər Seyidov ( Bakı; 31.07.2015 – ci il )
 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir