Qəzəl

İgid əsgər, bu səhər oldu mübarək zəfərin, Düşdü azad Şuşaya indi güzarın, səfərin. Sancılıb bayrağımız Şişəyə gör, ünvana bəh, Yayılıb Azərbaycana sənin xoş xəbərin. Düşmənin bağrına dağ basdı sənin zərbələrin, Mərhəba! Çaldı zəfər, nura boyandı səhərin. Ordumuz viran edib erməninin postlarını, Dönəcək dastana, əfsanəyə hər bir hünərin. O zəfər badəsini nuş eləmişdir igidim, Yaz ki, Munis, qəzəlin əsgərə olsun nəmərin. […]