TƏBİƏTDƏN TƏNDİRƏ, TƏNDİRDƏN TƏBİƏTƏ!

Print Friendly, PDF & Email

      Təbiət zəhmətkeşdir,təbiət yaradılışdan füsünkardır.Bu füsünkarlığı daimi gözəlləşdirmək və qoruyub saxlamaq insan ağlına,insan düşüncəsinə həvalə olunmuş yaradılışdır.

       Neft erası başlayandan  sonra insanlar təbiəti araşdırmağı,qorumağı demək olarki yaddan çıxardılar.Nəticədə baş verən ekoloji problemlərin ağır nəticəsini insan özü çəkmiş oldu.

      Ekoloji problemlərin ağır nəticələrindən ən fəsadlısı olan:- həm təbiəti,həm də insan orqanizmini yavaş-yavaş məhv edən kimyasal gübrələrlə bəslənmiş bitki qrupları oldu.Bunlara verilən nitratlar,fosfatlar həm içməli su ehtiyatlarının turşulaşmasına,həm də insanın nazik bağırsağında yaşayan probiotik bakteriyaların məhv olmasına səbəb oldu.

      Ağır nəticə olaraq insanlar içməli su çatışmazlığı təhlükəsi ilə üzləşmişdir.Eyni zamanda bu kimyasallar insanın nazik bağırsağında yaşayan faydalı bakteriya olan probiotik bakteriyaları məhv edir.Bu bakteriyaların fəaliyyətinin pozulması insan orqanizminə vacib lazım olan K vitaminin bitkilərdən sintez olunmasını əngəlləyir. K  vitamini qandakı artıq kalsiumun sümüklərdə toplanmasına xidmət edir.Əgər orqaizmdə  bu vitamin çatışmırsa nəticədə qanda kalsium artıqlığı yaranır və qan qatlaşması baş verir.Eyni zamanda sümüklər normal kalsiumla təmin olunmadığına görə sümüklərdə boşluq və sümük əriməsi baş verir.Qatılaşmış qanın isə insan orqanizmində dövr etməsi,digər qidalı maddələri hüceyrə və toxumalara çatdırması çox çətin baş verir.Bilməliyik ki, sağlamlığımız və sağlam yaşamağımız təmiz qanla başlayır.

       Amma hal-hazırda bu kimi problemlər-həm içməli su ehtiyatının tükənməsi, həmdə ki təmiz olmayan qanımız bizi daha da ağıllı düşünməyə,insanların tarixi boyu  bitkiləri necə fəsadsız  yetişdirib həm özlərinə,həmdə təbiətə ziyan vurmadan istifadə etdiklərini araşdırmaq lazımdır.

Elə bu araşdırmaları daha yaxşı başa düşmək üçün heç uzaq məsafələrə getmək lazım gəlmir.Bunu öz gözəl yurdumuzun qədim tarixi diyarlarınız, onların məşğuliyyətini, qədimdən insanların istifadə etdikləri üsul və vasitələri araşdırmaq lazım gəlir.

     Elə bunları düşünə -düşünə təbiətin həm ahəngliyini,daha nələrlə sıx bağlı olduğunu həm araşdırmaq,həmdə tətbiq etmək hədəfim oldu.Apardığım təcrübələr öz gözəl nəticəsini və əvəzolunmazlığını gözəl şəkildə isbat etdi.Yetişdirdiyim bitkilər əslində,onların elə yetişməsində təbiətin öz məhsullarından səmərəli istifadə etməyi təcrübə nəticəsində dahada əyani şəkildə bəlli etdi.

        İlk öncə təndirin tarixinə bir nəzər yetirək.

İnsanların həyatında ən mühüm kəşflərdən biri oddan istifadədir. Od-ocağın kəşfi insanların mədəni həyatında irəliyə doğru böyük bir sıçrayış oldu, ən zəruri qida olan çörəyin bişirilməsi qaydaları meydana gəldi. Təndir, əsas çörəkbişirmə vasitəsi kimi Azərbaycanda hələ Eneolit dövründən təşəkkül tapmışdır. Sirab kəndində “Şorsu təpəsi”, “Güney Ağıl”, “Çayağzı” kimi Eneolit yaşayış yerlərində keramikadan, “Qələmə bulaq” Eneolit yaşayış yerində isə daşdan hazırlanmış ələk qırıqları aşkarlanıb. Arxeoloji və etnoqrafik materiallardan məlum olur ki, qədim insanlar çörək bişirmək üçün çalalarda, dağlıq ərazilərdəki təbii daş çalasında ocaq çatır, sonra onun kül və közünü təmizləyib yoğrulmuş xəmir kündəsini qızmış çalaya qoyar, üzərinə ocaq közü tökərdilər. Bu sadə çörəkbişirmə qaydasından son zamanlara qədər yaylaqda – kənd yerlərindən uzaqda heyvan saxlayan çobanlar tərəfindən istifadə edilərdi. Bu çörək növü el-obada “küllü-kömbə” adlandırılıb. Çöl şəraitində çobanlar həmin üsuldan istifadə edərək həm də sürü itlərini yemləmək üçün “küt” bişirirlər. Təndirin badından qopub təndirə düşən və yöndəmsiz bişən çörəklərə də “küt” deyirlər. El arasında “kündəsi küt gedir” məsəli də vardır.

 

İkinci qədim çörəkbişirmə vasitəsi daş ocaqlardır. İki-üç ədəd üzəri hamar olan daş yanaşı qoyulur, üzərində ocaq çatılır, daşlar qızdıqdan sonra yayılmış kündələr daşın üzərinə yapılır, çevrilərək bişirilir. Başqa bir üsul isə həm çörək bişirmək, həm də çobanların soyuq havada axşam yatması üçün hazırlanan və “karbəri” (Naxçıvanın bir çox yerlərində “cərvəri” adlanır) adlanan daş ocaqlardır. Bu zaman eni 40-50 santimetr olan, 5-6 santimetr qalınlığında daşlardan ocaq düzəldilir. Ocaqda yanan od daşları qızdırdıqdan sonra daşların üzünə çörək yapılır. Ortadakı köz isə çörəyin hər iki tərəfdən bişməsinə kömək edir. Bu cür ocaqlardan dəyirmanda, yaylaqlarda istifadə edilirdi. “Dəyirmançı qızının könlü dəyirman çörəyi istər” məsəli də buradan yaranıb. Qeyd edək ki, çobanlar alov söndükdən sonra ocağın üzərinə sal daş qoyur, üzərindən keçə salıb, bürünüb yatırlar.     

   Azərbaycanda çörək bişirmək üçün müxtəlif növ təndir və kürələrdən istifadə edilsə də, Naxçıvanda, əsasən, badlı yer təndirindən istifadə edilib. Bu cür təndirlərdən hansı dövrdən istifadə edildiyini dəqiq bilməsək də, qazıntılar zamanı Şahbuz rayonunun Qızıl Qışlaq kəndində, Şərur rayonunun Fərhad arxı yaşayış yerində Antik dövrə aid badlı təndirlərə rast gəlmişik. Həmin yaşayış yerləri bir-birindən 100 kilometrdən artıq aralı olsa da, təndirlərin badı uyğun olub, 2-4 santimetr qalınlıqda, 4-5 santimetr hündürlükdə idi və keramika kimi möhkəm bişirilmişdi.

      Keçmişdə təndiri, hətta evlərin içində quraşdırardılar ki,qışda ondan təkcə çörək bişirmə məqsədilə deyil, həm də otaqları qızdırmaq üçün istifadə etsinlər.

        Tarixi mənbələrdə “təndir” sözünün qədim türk xalqlarına(şumerlərə) məxsus olduğu qeyd edilir.Təndirin tarixi ilə bağlı müxtəlif fikirlər mövcuddur.Bir sıra müəlliflərə görə,döymə üsulu ilə düzəldilən təndirlər qədim tarixə malik olsalar da,onlardan çörək bişirilmədə istifadə edilməmişdir.Bəzi dini mənbələrdə isə Həvva nənənin daşdan təndiri olduğunu,onun Nuh Peyğəmbərə qaldığı deyilir. Nuhun da vəətəni Naxçıcvan olmuşdur.

    Müqəddəs kitabımız “Qurani Kərimin” Hud surəsinin 40-cı ayəsindəki “Təndir qaynadı” ifadəsi ilə adı çəkilir.Qədim vaxtlarda gün tutulması olanda ,zəlzələ baş verəndə insanlar təndirin yanına qaçıblar.Onlar təndir başında hifz olunacaqlarına,başlarına bir iş gəlməyəcəyinə inanıblar.Hazırda istifadə olunan təndirlərin keramikaya keçidlə əlaqəli olduğu fikri irəli sürülməkdədir.Tarix boyunca Azərbaycanda çörəkbişirmə vasitələri,əsasən,ocaq,gil və çuqun saclar,gil tavalar olub.Onların arasında təndirlər daha geniş yayılıb.Yaşı minilliklərdə ölçülən dulusuçuluq və təndirqoyma mədəniyyəti özündə xalqımızın zəngin mətbəx ənənələrini əks elətdirir.

         Naxçıvanda əvvəllər yeraltı təndirlər qoyulubki,həmin təndirlərdən bəziləri bu günə kimidə qalmaqdadır.Zamanla yer üstü təndirlərdə istifadə olunmağa başlanıb. Təndirdən istifadə insanların qədimdən becərilən buğda bitkisindən hazırlanmış çörəyin daha yaxşı şəkildə bişirilməsini təmin edir.Gəlirik əsas məsələyə.Təndirin təbiətə misilsiz faydasına.Təndir yandırılan zaman ayrılan karbon qazı bitkilərə fotosintez etmək üçün vacib məhsuldur.Yanmanın son məhsulu olan kül isə bitkilərin inkişafı üçün misilsiz bir vasitədir.

     Kül bitkilərin inkişaf etməsində əvəzolunmaz bir vasitədir. Tərkibində bitkilərə lazım olan fosfor, kalsium, magnezium,kükürd,bor, sodium, dəmir, sink, sodium, potasium, manqan və müxtəlif makro və mikro elementlər vardır.Tərkibindəki zənginlik hesabına daha sağlam bitkiləri yetişdirmək mümkündür. Külün tərkibində rast gəlinən fosfor,kalsium,magnezium güclü kök sisteminin inkişaf etməsinə yardımçı olur.Potasiyum isə daha sağlam meyvə yetişməsini tənzimləyir.Həddindən artıq kül istifadə etdikdə torpağın turşuluq səviyyəsi artır.Nəticədə alaq otlarının inkişafına şərait yaranır.Amma bunun da həlli var.Külü yumurta qabığı ilə birgə istifadə etdikdə torpağdakı turşuluq normal səviyyədə olur və mədəni bitkilər dahada sürətlə inkişaf etməyə başlayır. Külün başqa faydalı xüsusiyyətləridə vardır.Kül istifadə olunmuş torpaqlarda bitkiyə ziyan vura biləcək digər ziyanvurucu canlılara çox az rast gəlinir.Buda onlara qarşı istifadə olunan digər dərman preparatlarının qarşısını almış olur.

         Təndir və təbiətin bir-biriylə vəhdəti məs onların sıx bağlılığını ifadə edir.Təbiətin və insanın qarşılaşdığı böyük fəlakətlərin qarşısını almış olur.Digər ziyanlı vasitləri uzaqlaşdırmağı insanlara əsaslı şəkildə çatdırır.

 

 

                                   Xəyalə Sərdar qızı Ramazanova

Cəlilabad rayon Uzuntəpə kənd R.Hüseynov adına 2 saylı tam orta məktəbin biologiya müəllimi

xeyaleserdarqizi889@gmail.com

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.