“Şaxta baba, Qar qız”, nəyin simvoludur?

Print Friendly, PDF & Email

Yer üzünün Qitələrinə, Qurşaqlarına baxdıqda, Qış ərəfəsində bütün qitələrdə qar yağmır, qış mövsümü olmur!

  Şərqdə qar yağmır, Avstraliyada bu ərəfədə qar yağmır, əksinə isə hava isti keçir!
  Bu baxımlardan baxaraq, Yer üzündə bu ərəfədə, Qitələrdə olan, müxtəlif, fərqli temperatur hədləri arasında, “Şaxta baba ilə, Qar qız”, nəyin əlamətidir?
  Dünya tufanından xilas olmuş Azərbaycan ərazisində Azərlər, çox sonralar bu Qış müddətini iki ərəfəyə bölərək onları, böyük Çilə (əziyətli soyuq günlər) və Kiçik     Çilə adı ilə adlandırmışdılar.
  Çox sonralar bu Böyük, Kiçik Çilə ərəfəsi adları, yaxın uzaq Şərqə yayılmışdı və o dövr insanlara, mə’lum idi!
  Azərbaycan ərazisində, Azərlər yay mövsümündə əkib, becərib məhsulları yığıb qış ərəfəsini rahatçılıqla başa vurmaqla, Yaz ərəfəsinin gəlməsini, rahatçılıqla, sevinclə gözləyərdilər!

   İlk qar yağarkən böyük sevincə səbəb olardı. Çünki, bu yazın, yayın “su ehtiyatıdır” deyə, şadlanardılar!
  Bütün əhali şadlıqla, yollara, küçələrə çıxıb qarı yombaladıb, Kürə halına salmaqla, onları həmişə yaşıl Zeytun, Küknar, Sərv, Şam ağaclarının ətrafına topalamaqla, həmin qar kürələrini eyni vaxtda hamılıqla, əkin sahələrinə öküzə, atlara bağlanmış xərəklərlə daşıyıb, bir topada yığardılar! 
  Həmin həmişəyaşıl ağacların budaqlarına müxtəlif meyvələr asmaqla, balaca uşaqları sevindirməklə yanaşı, onları da, bu adətə öyrətmək, həvəsləndirmək məqsədi daşıyardı!
  Qar kürələrinin bir yerə toplanmasına Məqsəd, yazda əkin sahələrinin, ağacların su təlabatını tədricən, əridikcə ödəmək idi! 
  Bununla yanaşı, Torpağın qışda şaxtadan, topladığı acılığı təmizləmək məqsədi daşıyırdı!
  Sevinclə, şadyanalıqla keçirilən bu hal, ən əsası yolları, küçələri qardan təmizlənməsinə xidmət edirdi! (Qarı yombaladıb kürə formasına, şəklinə salmaq,   Azərlərin ilk təkərin, çərxin İxtira edilməsinə gətirdi)
  Bu hal, qışda qarı kürə şəkli formasına salıb, toplayıb küçələri qardan təmizlənməsi və ağcların ətrafına yığmaqla yazın tez gəlməsinə, yaşıllıqların artmasına kömək kimi, çox sonralar Avropa ölkələrinə yayıldı!
  Avropa ölkələrində də, qış fəsli, qarlı çovğunlu keçdiyindən, qarı kürə şəklinə salıb, bir yerə toplamaq da, sevinclə, şadlıqla keçirilməyə başlanıldı!
  Həmin qar kürələrinə əlavə düzəliş, bəzək verməklə onu formaya salmaqla ona da, “şaxta baba”, həmişə yaşıl ağaclara “qar qız”, adı verməklə, müxtəlif nağıllar, əfsanələr deyildi!
  Qış ərəfəsi, bu sevinc, bu şadyanalıq bütün qitələrə tədricən yayılmağa başlamaqla, ümumdünya bayramına çevrildi!
  Amma qarı, kürə şəklində ağacların ətrafına, əkin sahələrinə daşınması, küçə, səkilərin bu üsulla təmizlənməsi, müddət-müddət yaddan çıxdı!
  Qış dövrünün bu şad, sevinc anları, qarı kürə şəklinə salıb, yazı sevinclə gözləmək yaddaşı Azərlərin, çox-çox qədim olan, yaddaşındandır! 
  Bu hal, bu şadyanalıq, insanlar arasında, Qışın tez rahat keçməsinin, Yaza tez çatmaq istəyi icraatıdır!

Vahid Rzaev.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.