Səsi, sözü, düşüncəni çox da, sadə bilməyək

Print Friendly, PDF & Email

Dünya xalqları arasında, insanlar arasında, xalqlar, irqlər, milliyətlər arasında danışıqları, sözləri, ləhcələri, şivələri, kəlmələri tərcümə etməyə ehtiyac duyulur!

Amma səsləri tərcümə etməyə, ehtiyac duyulmur!

Təcili yardım, yanğın söndürən, gəmi, qatar fitini, səs siqnallarını, təyyarə səsini tərcümə etməyə ehtiyac duyulmur!

Çünki bütün səslər, dünya xalqları arasında, o, “xalqın dilinə”, tərcümə etmək lazımsızdır!

Külək səsini, yağış, dolu, quş səsini, dalğa, ləpədöyən, addım səsini, ağlamağı, şivəni tərcümə etməyə ehtiyac qalmır! (Onlar, eşidilənlərdir).

Gülümsəməyi, gülməyi, sevinci, kədəri, həyacanı, vahiməni başqa dilə çevirib, tərcümə etməyə ehtiyac qalmır! (Onlar, görünənlərdir).

Niyə, bütün səslərin, tərcüməyə ehtiyacı yoxdur?

Dillərin, sözlərin, kəlmələrin tərcümə olunmasına, ehtiyacı vardır?

Səs də O-nun, kəlmə də O-nun, söz də O-nun, heca da O-nun!

Çünki, tərcümə olunmayan səslərdir ki, səs içərisində, səs əhatəsində, səsdəyik!

Tərcümə olunan sözlərdir ki, o, düşüncənin tezliyinə uyğun, bütün düşüncələr səslə, sözə çevrildiyindəndir!

Səslə, sözün bir də düşüncənin qarşısında həç bir maniyə dura bilməz!

Heç bir maniyə, onların qarşıdında dayanıb, onları susdura, söndürə bilməz!

Səslə, sözün mahiyyəti arasında, düşüncə dayanar!

Səs – İşıq qədərində olub, canlılığı bildirər!

Söz – canlıların biri-birinə, bağlılığını bildirər!

Düşüncə – sözə çevrilər!

Düşüncə – Səslə, söz arasına bərabər olub, bərabər bölüb, arada dayanar!

Səs – İşıq kimi, maniəsiz Yayılandır!

Heca – işığın yayılan, pay hissələridir

Söz – o işığı, bərabər hissələrə bölməsidir!

Cumlə – bir su kimi, axar çay kimi, biri-birindən ayrılmayan, axıb gedən, mə’nasına çatandır!

Kainatın ilk yaranış halında, təzahür etdilər, onlar!

O Böyük Partlayışdan, Səs səsləndi – Səs yaddaş oldu!

İşıqdan olan partlayış, Bütün varlıqların yaranmasına başlanğıc, bir İşıq, bir Zərrə payı – yaddaş oldu!

O Böyük Partlayışın istisini Soyutma həddi arasında – nəm yarandı, su dayandı!

İşıq yayılar, Su axar!

Söz də belədir, İşıq kimi yayılar, Su kumi axar, hər yerə çatar!

Səs, Söz, Düşüncə, bir də Cümlə qarşısında maniyə olmaz!

Onlar Kainatın təməl Yaddaşı olduğundan, canlılar, varlıqlar arasından, Kainatdan uzaq olmaz!

“Ölənə”, niyə dedik ” ölüdür?

İşlğından İşıq dayandı!

Səsindən isə, Səsi dayandı!

Söz demədi, Cavab vermədi!

Dedik ki, O Kainata yüksəldi, İlkinə qovuşdu!

Vahid Rzaev.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.