Fikrət Əliəkbər oğlu Kazımov

(Fikrət Kazım) 15 oktyabr 1960-cı ildə Bakı şəhərində anadan olub. Əmək fəaliyyətinə 1978-ci ildən, orta məktəbin 10-cu sinifini və texniki-peşə məktəbini bitirdikdən sonra “Azərelektroterm” istehsalat birliyində fəhlə kimi başlayıb. 1979-1981-ci illərdə Sovet ordusu sıralarında xidmət etdikdən sonra həmin zavodda işini davam etdirib. 1982-ci ilin noyabrında Azərbaycan Dövlət Universitetinə hüquq fakültəsinin əyani tədris formalı hazırlıq şöbəsinə daxil olmuşdur. […]