Gəmiqaya mədəniyyəti: tədqiqi və vəzifələr

AMEA Naxçıvan Bölməsində bu mövzuda keçirilən elmi konfransı giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Gəmiqaya qayaüstü rəsmləri qədim Naxçıvanın Tunc və İlk Dəmir dövrü əhalisinin bədii təfəkkürünü, estetik baxışlarını və dini-ideoloji təsəvvürlərini əks etdirən qiymətli tarixi mənbələrdir. Ona görə ki, qədim Naxçıvanda o dövrdə mənəvi mədəniyyətin müxtəlif sahələri ilə yanaşı, […]