Ölçülər, ardıcıllıqlar

Print Friendly, PDF & Email

Bütün Aləm, bütün başlanğıclar, Kainat Ölçülərə, bərabərliklərə bölündü, bərabərliyə çatdı!
    O ilkdən başlamış (Böyük Partlayışdan) bütün ardıcıllıqlar iç-içə, biri-birini tamamlamaqdadırlar  (buna fizikada, ölçülər deyildi).
Biz də “ölçülər”-deyək.
    Bütün ölçülər, Kainat konstruksiyasından başlayır və  aparıcı olur!
Vaxtınızı çox almayım!
    Baxaq ölçülərə ona görə ki, bilək nədir ölçülər?

    Yer aləmində bütün hallar ölçülərdən başlar!
    Əynimizdəki paltar, ayaqqabı ölçülərlə hazırlanar bizim öz anatomik ölçülərimizə mütənasib olar. Nə ölçülərdən çıxıb böyük olar, nə də ölçülərdən çıxıb kiçik olar, ölçülərə uyğun olar!
    Şe’riyyat (9-luq), Qəzəllər, Rübailər, Novellalar, Romanlar, Oçerklər, bütün mətnlər ölçülərdən çıxmaz, ölçülərə siğar!
    Musiqilər: bəstələr, rənglər, dəramətlər, nəqarətlər, operalar, baletlər, simfonik əsərlər, ariyalar, duetlər, xor kapellaları, romanslar, kvartetlər və s. ölçülərdən (Çərəklər, səkkizliklər, on altılıqlar,diyezlər, qammalar) çıxmaz!
    Vaxtlar-zamanlar biri-birindən qopmaz, uzaqlaşmaz, ayrılmaz!
    Maşın-mexanızmlər, bunalar, tikintilər, təyyarələr, gəmilər tələb olunan ölçülərdən çıxmaz.
    Gecə-Gündüz, Günəş, Planetlər yerindən çıxmaz, biri-birindən uzaqlaşmaz, biri-birinə yaxınlaşmaz, on altılıq hərəkət sür’ətindən geridə qalmaz!
    Qəribədir, yay mövsümü gündüzün işıqlı saatı 16-da, qış mövsümündə, “qaranlıq”-saatının müddəti 16-da! Dəyişməz hesabatlar!
    Qəribə deyil mütləqdir. Yarasalar, o canlı varlıqlar gecələr uçar, gündüzlər uçmaz!
Səbəb nədir ki, onlar gündüzlər uçmaz?
    Niyə, Quşlar Gün boylanandan oyanar, Gün batanda, yuvalarına çəkilər?
Niyə, “toyuq korluğu” – deyilən bir tibbi diaqnoz var ki, Gün batanda toyuq gözləri, ətrafını görməz?
    Axı, bunların hamısına səbəblər olmalıdır!
    Çünki, o quşların, o yarasaların göz görmə sür’ətinə uygun, göz işıq görmə qədərləri belə nizamlanıblar! 
    Yırtıcı heyvanların, şir, pələng, canavar və s. gecə də, gündüz  də  göz “işıq görmə”- qədəri bərabərlik bölgüsünə yaxın olduğundan, vaxta-zamana bölünmürlər. Ev heyvanlarından it, pişik, at, eşşək bərabər “işıq görmə”- sür’əti, işığı bərabər bölmə xüsusiyyətinə görə, (gözün) rahat görərlər!
    Qış vaxtı Alpinistlər dağ zirvələrinə qalxarkən mütləq olaraq tünd eynək taxarlar, Şimal-Cənub qütblərinə yollanan ekspedisiya üzvləri mütləq olaraq, tünd eynək taxarlar!
Çünki uzun müddət, yol boyu, ayaq altına, ağ qara baxdıqlarından gözləri kor olmasın deyə – o tünd eynəklərdən istifadə edirlər!
Qütblərə yollanan ekspedisiya iştirakçıları arasında tamamı ilə kor olduqdan sonra, tünd eynəklə qarda yürümək qanun kimi, qəbul olunub.
    Biz canlıların da, gözlərinin görmə sür’əti spektral (müxtəlif rəng çalarları bölgüsü) ona uyğun, yaranışdan gözlərimiz belə nizamlanıb!
    Çünki Kainatda bütün planetlərin birgə hərəkət sür’əti 16-ya nizamlandığından, o hərəkət sür’ərinə uyğun bizim görmə (rəngləri istər-istəməz gözlərimiz bölüşdürüb nizamlayır) ona uyğun olaraq görərik!
    Amma Kainat daxili, quruluşu o qədər Ağ İşıq işərisindədir ki, və olan planetlər o qədər Ağ İşığa bürəlidir ki, (ona Nur dedilər), olan gözlərimizlə onu seyr etmək mümkünsüz olmasın deyə, görmə tezliyimiz o on altı vahid tezliyinə uyğunlaşdırılıb!
Yoxsa bu canlı, insan Yaranışının nə mə’nası olardı? O İşıqdan törənən, “O İşıqdan” – kor olardı! 
    Gözlərimizlə bizi əhatə edən Aləmi görərik, Zəkamızla O İşıq, Mütləqlik Aləminə qalxarıq, O İşığa qovuşarıq!
    Kainat Nurdadır (çox Ağ İşıq içərisində), Kainat Sahibi Mütləqi (obsolyut) da, o İşıq İşərisindədir!
    Sözsüz ki, bu “görən”- gözlərimizlə (16- görmə tezlitinə uyğun), o İşığı Olduğu kimi görməmiz məhdudlaşdırılıb!
    Ona görə yox ki, O Nur Sahibini Görmək “mümkünsüz olsun”- əksinə olaraq isə, bizi əhatə edən Aləmi cisimləri, kütlələri, varlıqları, gözəllikdə görə bilməyimiz üçün belə nizamlanıbdır!

                                                                                                     Vahid  Rzayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.