Naxçıvan Əhalisinin Etnogenezi Tarixindən M.Ö. VI-III Minilliklər
Kitabda indiyədək tədqiq olunmamış Naxçıvan əhalisinin etnogenezi, bu ərazidəki proto Azərbaycan tayfalarının m.ö. VI-III minilliklər tarixdəki yeri onların daşıdığı mənalar, mifik inancları, əraziləri, əski salnamələrdəki yeri ətraflı tədqiq olunmuşdur. Monoqafiyada Naxçıvan MR ərazisindəki qədim tayfaların adlarından yaranmış etnooykonimlər arxiv və qaynaq məlumatları əsasında sistemləşdirilmiş, etimoloji izahları verilmişdir. Adları əmələ gətirən sözlərin dövrləri dil və tarixi yöndən müəyyənləşdirilmiş, onların proto Azərbaycan dili elementləri olduğu elmi cəhətdən sübut olunmuşdur. Bu qədim sözlər türk dili sözlükləri ilə dil və tarixi baxımdan tədqiq edilmiş, əski dövr dilimizə dair yeni tarixi faktlar üzə çıxarılmışdır. Naxçıvan oykonimlərinin yayım arealı və areal türk onomastik vahidləri, eləcə də qədim salnamələrdəki mətnlər ilə müqayisəli təhlilləri zamanı dilimizin ilkin ifadə imkanlarına elmi istiqamətdən diqqət yetirilmişdir.
Kitab elmi tədqiqatla məşğul olan doktorant, dissertant və digər elm sahələrinin nümayəndələri, tələbələr, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulur.