Nəm, Su və Zərrə

Print Friendly, PDF & Email

Yer planetinin ən əsas komponentlərindən biri də sudur. İlk baxışda su dadsız, rəngsiz ağ mayedir. Amma bu zahirdə olan görünüşüdür. Su ışığın toplum birliyi və yaddaş daşıyıcısıdır. Sudan istifadə etmək böyük cavabdehlik tələb edər. Tək əl – üzümüzü yumaqla suya diqqətli mehriban olaq. Hər dəfə ovuclarımızdakı su yığını eyni vaxtda düşüncələrimiz, davranışlarımız keçib, köçür su yaddaşına o isə axıb qovuşur axan sulara.

Çünki, su yaddaş, hal, fikir, düşüncə daşıyıcısıdır o anda. O da su ilə axıb, qovuşur sulara. Sular, sulara qovuşub yaddaş olub axır yer üzünə.

O, axan sular bulud olub, yağış, qar, dolu olub səpələnir qitələrə yer üzünə.

Xoş düşüncəmiz, şad düşüncəmiz, xeyirhax düşüncəmiz, pak düşüncəmiz su ilə axsın, buludlardan isə yağsın yer üzünə.

Məişətdə, təsərrüfatda işlətdiyimiz su da yaddaş daşıyıcısıdır o da axır sahələrə, qovuşur sulara.

Bütün dini icraatların əvvəli su ilə. O retuallar başlar paklıq ilə, Su ilə. Kainata O Sahibi Mütləqə, kainat Sahibinə üz tutarlar başlanğıcı su ilə. Yaddaş ilə pak düşüncələrimiz pak olsun, pak sular yaddaşına çöküb pak olsun. Kainat işığı paklığına, yol olsun. Bu dünyamıza körpənin gəliş başlanğıcı da, pak ilıq su ilə, bu dünyadan əbədiyyətə qayıdışı da pak ilıq su ilə.

Ah çəkməyimiz də, o da küləklə hava ilə yayılır qitələrə, yer üzünə.

Su haqda nələri bilirik? Suyun nələrini tapıb, nələrə, haralara yüksələcəyik?

Astronomik cihazlar dəyişəcəkdir. Astronomik baxışlar dəyişəcəkdir. Teleskopların iş prinsipi dəyişəcəkdir.

İşıq gələcəkdir. Bizi əhatə edən qalaktikaya işıq zolağı, zərrələr toplumu yönəldiləcəkdir. Bizi əhatə edən uzaq kainatda planetlərin işıq tezliyi öyrəniləcəkdir. O planetləri güzgünün əks etdirməsi kimi görünəcəkdir.

Onda görəcəklər: rəngləri, nəmişlik qədərlərini, istilik, soyuqluq qədərlərini, zərrələrin toplum halında olub hərəkətlərini görəcəklər.

Uçuşla səfərlər edəcəklər. Bizim günəş sistemi ətrafı hərəkətləri, əyrilikləri (bucaqları) onda ölçəcək, çox uzaqdan öz günəşimizə baxacaq sevinəcəklər, daha uzaqlara uçuşla səfərlər edəcəklər.

Məsafələri işıqla ölçəcəklər. Suyun zərrə halını, suyun zərrə törədicisini tapacaqlar, yer planetindəki olan sudan tapacaqlar.

Suyu, bir daha kəşf edəcəklər. Uzaq, uzun müddətə uçuşa, yer planetindən özləri ilə su zərrələrini götürəcəklər. O su zərrələrini axar suya çevirəcək, içəcək, o su zərrələrini istifadə edib, baxça, bostan bitkiləri bitirəcəklər. Onunla qidaları zənginləşdirəcəklər.

Suyu suda tapacaqlar. Suyu zərrədə, zərrəsində tapacaqlar. Özləri ilə uzun müddətə uçuş səfərlərinə götürəcəklər min tonlarla istifadəyə lazım olan suyu, çox az miqdarda, orta həcm tutumunda özləri ilə götürəcəklər, özləri ilə daşıyacaqlar.

O, su zərrəsini 11 – də, 33 – əhatəsini tapacaqlar. O su, nə su? Yer aləmi ilə onu əhatə edən aləmlə bir su. O, suyun dadı, bulaq suyunun dadı! O ekspedisiya iştirakçılarına daha kosmosçular yox, qalaktikacılar deyiləcəkdir.

Kainatda zərrələr (işıqdan törəyən) nizamlama, ardıcıllaşdırma yoxdursa iç – içə hallar yoxdur. İç – içə hallar yoxsa hərəkətlər yoxdur. Hərəkətlər yoxsa, nəm yoxdur, nəm yoxsa, isti yoxdur. İsti olmasa, su yoxdur. Su yoxsa, yaranış yoxdur. Kainatdakı bütün kütlələr, zərrələr, nəm, temperatur və hərəkət əhatəsindədirlər.

Vahid Rzayev.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.