Məhərrəm Məhərrəmov

Print Friendly, PDF & Email

Qazaxıstan Respublikası Məclisinin deputatı Məhərrəm Məmməd oğlu Məhərrəmov babaları 1937-ci ildə Stalin repressiyaları nəticəsində Naxçıvanın Şərur rayonunun Ərəbyengicə kəndindən Qazaxıstana sürgün olunublar.

Həyatı və təhsili

Məhərrəmov Məhərrəm Məmməd oğlu 1971-ci dekabrın 7-də Almatı vilayətinin Koksusk rayonunun Balpık bi qəsəbəsində anadan olub. Babaları 1937-ci ildə Stalin repressiyaları nəticəsində Naxçıvanın Şərur rayonunun Ərəbyengicə kəndindən Qazaxıstana sürgün olunublar.19891991-ci illərdə SSRİ-nin Dövlət Təhlükəsizlik Xidmətinin (KQB) Rusiyanın Çita şəhərində yerləşən Qırmızı Ulduzlu Zabaykal sərhəd dairəsində hərbi xidmətdə olub. 1998-ci ildə Qazaxıstan Kommunist Partiyasına üzv qəbul olunub, 2001-ci ildə Partiyanın Almatı vilayət komitəsinin birinci katibi, elə həmin ildə də QKP-nin Mərkəzi Komitəsinin üzvü seçilib2005-ci ildə Partiyanın prezidentliyə namizədinin seçkiqabağı kampaniyası qərargahının rəhbəri, 20042007 və 2012-ci illərdə isə Qazaxıstan Respublikasının Parlament Məclisinə deputatlığa namizəd olub. 2009-cu ildə Joldasbekov adına İqtisadiyyat və Hüquq Akademiyasında hüquqşünaslıq üzrə təhsil alıb. O, həmçinin QXKP MK-nın təşkilati-partiya və kadr işləri şöbəsinin müdiridir. M.Məhərrəmov Qazaxıstan Xalq Kommunist Partiyasının Almatı vilayətinin birinci katibi kimi martın 20-də keçirilən seçkilərdə 7 faizlik səddi aşaraq partiya siyahısı əsasında uğur qazanaraq Qazaxıstanın Parlament Məclisinin deputatı seçilib. 

Ailəsi:
Ailəlidir bir qızı iki oğlu var.

Mükafatları
2016-cı ildə Məhərrəm Məhərrəmov Prezident Nursultan Nazarbayevin fərmanı ilə təltif edilib. O, “Əmək fəaliyyətində fərqlənməyə” görə medalı və “Qazaxıstan Respublikasının 25 illiyi” ilə bağlı yubiley medalı ilə təltif olunub

Məhərrəm bəy tanınmış jurnalist Elnur Məhərrəmli ilə əmi nəvəsidir.

Mənbə: https://az.wikipedia.org/wiki/M%C9%99h%C9%99rr%C9%99m_M%C9%99h%C9%99rr%C9%99mov?fbclid=IwAR2wa3TZJSFM2b09Eq_WWMK0zU-NPb93RkMq2axsq1MJoTwwrYFNt9a-bbk#%C4%B0stinadlar

https://www.facebook.com/groups/naxcivanlilar.aze/permalink/2873912452897937/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.