İlk dəfə olaraq Azərbaycanda brokoli yetişdiriciliyi

Print Friendly, PDF & Email

Brokoli kələm çiçək kimilər fəsiləsinə aiddir. Brokolinin vətəni İtaliyadır. İtalyanca “Brassıca Oleracea“ – növünün İtaliya növ qrupuna aiddir. Hal-hazırda İtaliya, İspaniya, İngiltərə, İsrail, Rusiya, Türkiyə və Amerikanın müxtəlif əyalətlərində yetişdirilir. Amma, bu günə qədər Azərbaycanda yetişdirilməmişdir. Onu ilk dəfə yetişdirmək təşəbbüsünü  öz üzərimizə  götürdük və uğurlu nəticəyə nail olduq.  

 

  Qeyd  edək ki, Brokoli tərkibinin zənginliyinə görə çox əhəmiyyətli bitkidir.Tərkibində insan orqanizmi üçün lazım olan faydalı elementlər-K-kalium,P-fosfor,Ca-kalsium,Mg-magnezium,Zn-sink,Fe-dəmir,Mn-manqan,S-kükürd vardır. Bunlarla yanaşı tərkibində-C,B-1,B-2,B-5,B-6,PP,E,K vitaminləri və A provitamini vardır. Eyni zamanda zəngin qida lifləri və omega-3 yağ turşularına malikdir.Brokoli bitkisinin zəngin tərkibə malik olub,insan orqanizmini daha çox minerallar və vitaminlərlə təmin edəcəyini düşünərək onu yetişdirməyi qərara aldım.

      Hal-hazırda bütün dünya pamdemiya şəraitində yaşayır.Orqanizm üçün həyati əhəmiyyət kəsb edən ən həssas orqanımız olan ağciyərlər böyük təhlükə ilə qarşı-qarşıyadır.Ağciyərlərimizi qoruya biləcək bir bitki deyəndə ilk öncə ağlımıza brokoli gəlməlidir.Çünki brokoli tərkib etibarilə daha zəngin və quruluş etibarilə isə ağciyərləri xatırladan yeganə bitki növüdür.Deməli sağlam ağciyərlərə malik olmaq istəyiriksə daimi brokoli istifadə etməliyik.

        Brokoli çox həssas bitkidir.Toxumun cücərməsindən baş bağlamasına qədər diqqət və qayğı tələb edir.Brokolinin yetişdiriciliyində hava temperaturu mütləq şəkildə nəzərə alınmalıdır.Əgər açıq şəkildə yetişdirəcyimiz brokolinin baş bağlama vaxtı havanın temperaturu normadan yüksək olarsa, o zaman baş bağlamayacaq.Bu səbəbdən açıq şəkildə brokoli yerişdirərkən havanın temperaturuna mütləq şəkildə diqqət edilməlidir.

    Hava şəraiti ilə yanaşı brokolinin yetdirilməsində faydalı elementlərin miqdarı torpaqda normal səviyyədə olmalıdır.Bu kimi qaydaları normal səviyyədə təşkil etdikdən sonra brokolini organik şəkildə yetişdirə bilərik.

         Brokoli haqqında araşdırma və təcürbələr  apardıqdan sonra, organik gübrə hazırlamağı qərara aldım.Təcrübə üçün 60 toxum götürdüm.Həmin toxumları hər hissədə 20 toxum olmaqla 3 müxtəlif vaxtda gübrə qarışımına əkilməsini təmin etdim.İlk 20 toxumu mart ayının 14-də əkinini gerçəkləşdirdim.Bunu təbiiki kiçik bir istixanada həyata keçirdim.İstixananın temperaturu 8-10 dərəcə aralığında olurdu.

     Plastik qablara doldurulmuş gübrə qarışımının 1sm dərinliyinə toxumları yerləşdirdim.İki gündən bir toxumların su ilə təminatını həyata keçirirdim. Artıq 1 həftə sonra toxumlar cücərib çıxmağa başladı.Fidanların normal inkişafını təmin etmək üçün daimi təmiz havalandırma aparırdım. Artıq aprel ayının 10-na kimi fidanlar 4 yarpaqlı olmuşdular. Aprel ayının 19-dan etibarən ilk inkişaf edib böyümüş fidanları açıq sahəyə köçürdüm. Bu ayda temperaturu və nəmliyi nəzərə alaraq sulama prosesini 3 gündən bir aparırdım.Çünki həddindən artıq su bitkinin kök sisteminin cürüməsinə səbəb olur.

    Bitkiyə düzgün qulluq və diqqət nəticəsində bitki normal inkişaf səviyyəsində böyüyürdü.Artıq may ayının 2-si tarixində bitkidə 6 yarpaqlıq müşahidə olundu. Bu da onun göstəricisi hesab olunur ki, bitkiyə düzgün qulluq onun normal inkişaf etməsinə səbəb olur.

        May ayının ikinci yarısından etibarən sulama prosesini gündəlik həyata keçirməyə başladım.Eyni zamanda 4-5 gündən bir hazırladığım təbii qarışımı sulama zamanı əlavə edirdim ki, bitkiyə daxildən ziyan vuracaq hər hansısa mikroorqanizmlər məhv olsun və bitkinin inkişafını əngəlləməsin. Bununla yanaşı mütəmadi olaraq alaq otlarını təmizləyirdim ki, bitkiyə lazım olan qida elementləri həmin otlar tərəfindən mənimsənilməsin.

    İyun ayının 4-də ilk baş bağlamış brokolini müşahidə etdim.Elə bu zaman onun üzərində həşarat tırtıllarına rast gəldim və təbii üsulla həmin həşaratları aradan götürdüm. Brokolinin istifadə edəcəyimiz məhsulunun organik şəkildə yetişməsi üçün təbii ki, bir çox prosesləri aparmağı qarşıma məqsəd qoymuşdum. Fotosintez prosesini sürətləndirmək və keyfiyyətli brokoli məhsulu əldə etmək üçün bir çox üsüllardan istifadə edirdim.Bunları ardıcıl şəkildə tətbiq etdim və baş bağladığı müddətdən 14 gün ərzində tam böyümüş istifadə oluna biləcək brokoli bitkisini əldə etdim.İlk məhsuluda iyun ayının 18-i dərdim və dadına baxdım. Doğru-düzgün qulluq nəticəsində yetişmiş brokoli həm görünüş, həm də dad baxımından möhtəşəm idi.

                       

       Adətən, brokolinin yetişməsi 3-4 aya başa gəlir. Mən yetişdirdiyim brokoli 3 ay 3 gündə tam yetişmiş formada hazır idi. Bitkiyə düzgün qulluq nəticəsində onun vegatativ orqanları da çox yaxşı inkişaf etmişdi. Elə buna görə fotosintez sahəsi geniş şəkildə öz işini normal həyata keçiməyi bacardı və yüksək keyfiyyətli məhsul əldə olundu.  Beləliklə, Respublikamızda ilk dəfə olaraq yetişdiridiyimiz  Brokoli məhsulunu dərdik.

Ramazanova Xəyalə Sərdar qızı.

Cəlilabad rayon Uzuntəpə kənd R.Hüseynov adına
2 saylı tam orta məktəbin biologiya müəllimi
.
xeyaleserdarqizi889@gmail.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.