Fikrət Həsən oğlu Rzayev

Print Friendly, PDF & Email

FİKRƏT HƏSƏN OĞLU RZAYEV  (16.08.1936-28.02.2013)

            1936-cı ildə Naxçıvan şəhərində qulluqçu ailəsində anadan olub. Naxçıvan şəhər 1 №-li orta məktəbi 1954-cü ildə “Qızıl medal”la bitirib. 1954-cü ildə Azərbaycan Sənaye İnstitutunun  “Neft mexanikası” fakültəsinə qəbul olunub. İnstitutu bitirmə ərəfəsində həmin Sənaye İnstitutu M.Əzizbəyov adına Neft  və Kimya  İnstitutu adlandırılıb.

 

    1959-cu ildə həmin İnstitutu “Neft və qaz mədənlərinin maşın və avadanlığı” ixtisası üzrə müvəffəqiyyətlə bitirib.

Mühəndis kimi əmək fəaliyyətinə Azərbaycan Elmi Tədqiqat Layihələndirmə Neft-Maşınqayırma İnstitutunda (“AZİNMAŞ”) başlamış və 2001-ci ilədək bu müəssisədə işləmişdir.

    Aşağıdakı kitabların və elmi məqalələrin müəllifidir:

1. “Adəm dili” haqqında. “İslamın səsi” qəzeti, sayı 10 (58), 02.08.1995.

2. “Fonemlər nəyə işarədirlər” (I məqalə). Dil məsələlərinə dair tematik toplu № 2. Azərbaycan Pedaqoji Universiteti (Universitetin mətbəəsi), Bakı, 1995.

3. “Fonemlər nəyə işarədirlər” (II məqalə). Dil məsələlərinə dair tematik toplu № 2. Azərbaycan Pedaqoji Universiteti (Universitetin mətbəəsi), Bakı, 1996.

4. “Sözün sirri – səsin sirri” kitabı, “Təhsil” Elm İstehsalat Mərkəzi, Bakı, 1998.

5. Rzayev Vahidlə birgə “Yaranış haqqında söhbət” (I – III hissələr) kitablarının həmmüəllifi. Bakı, 1999-2000.

6. “Söz” kitabı. Maarif nəşriyyatı. Bakı, 2012.

7. “Söz konstruktorluğu” kitabı. Maarif nəşriyyatı. Bakı, 2012, İSBN-978-9952-8085-2-0

     Arxivi araşdırılır.

“AqRa” Elmin İnkişafına Dəstək İctimai Birliyi”-nin  “Fəxri Üzvü”-dür.

Fikrət Rzayev haqqında fikir söyləmişlər:

                                                             Fəxriyyə Rzayeva
                                                                                                                                            Məhərrəm Zaman

Fərzuq Seyidbəyli

Sona Məmmədrza qızı Məmmədova

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.