Fikrət Rzayevi vəfatının il dönümündə yad edək.

Print Friendly, PDF & Email

Fikrət Rzayevi vəfatının il dönümündə yad edək.

    Bu gün – 28 fevral günü mərhum mühəndis – kosturuktor, dünya dilçilik elminə önəmli tövhələr verən Fikrət Həsən oğlu Rzayevin (16.08.1936-28.02.2013)vəfatının birinci il dönümüdür.

     Fikrət müəllim həm də “AqRa” EİDİB – in yaradılmasının ideya rəhbərlərindən biri idi və birliyimizin Fəxri üzvüdür.

    “AqRa” EİDİB olaraq bu günədək onun dilçiliyə aid araşdırmaları ilə qismən tanış ola bilmişik.

     19 noyabr 2012-ci il tarixində  akademik İsa Həbibləyinin rəhbərliyi ilə  NDU və  AMEA –nın Naxçıvan  bölməsinin birgə  elmi müzakirəsində  gəlinən nəticələrdən  biri: “Fikrət Rzayevin dilçiliyə aid ortaya qoyduğu yeni konsepsiya – nəzəriyyə  ilə Qədim Orxon-Yenisey yazıalrında oxuna bilməyən sözlər oxundu”

    Fikrət Rzayevin mühəndislik fəaliyyəti barəsində  42 il  (1959 – 2001 )  çalışdığı “AZİNMAŞ” – da onunla birgə işləyən mühəndis texniki personaldan da yəqin ki, bu barədə əlavə  fikir söyləyənlər də olacaq, azından biz belə olmasını istəyərdik. Onun bu istiqamətdə fəaliyyəti barəsində hələlik bizə məlum olan budur ki, Fikrət Rzayev Azərbaycanda hidrallikanın “Atası” sayılan çox önəmli mütəxəssislərdən biri olmuş, eyni zamanda keçmiş SSRİ məkanında fəaliyyət göstərən bir çox neft – qaz sənayesi müəssələrinə (Qroznı, Kazan, Həştərxan, Akatau, Ukrayna və.s) elmi-texniki  ezamiyyətə  göndərilərək onların normal, ekoloji  cəhətdən təmiz effektli işləməsinə köməklik etmişdir. Bu barədə onunla birgə çalışan iş yoldaşlarının bir qisminin dediklərindən:

    Bəhcət Şükür oğlu Qədirov (1935) xatirlayır: Abşerondakı “Qum adası” neft – qaz mədənləri idarəsinə bərabər getmişik: qayıqla  oraya  gedərək  birgə hazırladığımız  alətin  köməyi  ilə  həmin  mədəndə  baş  verən  nasazlığı aradan qaldırmışıq. Ukraynada və  Rusiyadakı  neft  maşınqayırma  hissələri  hazırlayan  zavodlarda hazırladığımız   çertiyojlar, lahiyyələr, tərtibat əsasında düzəldilən alətlərin sınağı, istismarı və istehsalı həyata keçirilərək SSRİ məkanındakı bir çox neft çıxarma mədənlərində tətbiq olunub. O, yağ nasosu və domkratlarla əlaqəli çox böyük işlər görmüşdür. Dilçiliklə bağlı araşdırmalarından da xəbərimiz var .“Allah rəhmət etsin, Böyük Adam idi!”

     Baba Məmmədəli oğlu Əhmədli (1929): “Keçmiş SSRİ – də bütün neft avadanlıqları və ya onların lahiyələri, çertiyojları  əsasən Azərbaycanda – Bakıda hazırlanırdı. Bununda öz tarixi kökləri vardır(Makedonyalı İskəndərin dövründən də məlumdur ki, Azərbaycan dünyada ilk neft çıxarılan ölkə olmuşdur… ). Həmin avadanlıqların  həm  texniki  əsasları, həm də stendlərdə sınaqları bizim inistitutda – “AZİNMAŞ” – da keçirilirdi. Həmin stendlərdə Fikrət müəllimin apardığı əsas işlər ən çox fontan avadanlığı və onun istismarı, konsturuksiyası, bu işlərdə istifadə olunacaq metalların xassələri ilə əlaqəli idi. Stendlərdə  F.Rzayevin özünün şəxsən müəllifi olduğu layihə əsasında hazırlanmış çox yüksək təzyiqə davam gətirən (1000  – 1500 atmosferdən yuxarı, 3000 atmosferədək)  nasos qurğusu var idi.

    Onun gördüyü əsas işlərdən biri fontan avadanlığı yaratmaq və sınaqdan keçirmək idi. Başqa avadanlıqları yaratmaq və sınaqdan keçirmək üçün “AZİNMAŞ” – ın digər stend qurğuları da düzəldilmişdi. Həmin stendlərin nasos hissəsinin yaradılması birbaşa Fikrət müəllim ilə bağlı idi. Yəni həmin nasosu o özü lahiyələndirib sexdə düzəltdilməsinə rəhbərlik edərək yaratmışdır. Sonralar sınaqla əlaqəli nasos qurğusu barədə disertasiya işini də başa çatdırmışdı. Həddindən artıq təvəzökar insan olması üzündən, o iş barədə danışmaq istəmədiyindən  müdafiə də etmədi… Bütün həyatını, ömrünü texnikaya həsr etmişdir. Çox vaxt özünü də yaddan çıxararaq texnikaya həvəs göstərərdi.

    Neft avadanlığına aid dilimizdə işlədiləcək texniki terminlərin yaradılması, texniki dilimizin inkişafı sahəsində çox böyük işlər görürdü, Azərbaycan dilinin həm də texniki terminlər cəhətdən zənginləşməsi və inkişafı barədə ciddi işlərlə məşğul olurdu.

    Yanındakılara, ətrafındakılara çox mehriban, həlim, xoş xasiyyətli, çox işgüzar mühəndis idi.

    10 – 15 il bundan öncə Azərbaycan dilinin fonetikası və fonemlərin açılımı barədə apardığı tədiqiqatların müzakirəsində AMEA – nın  İ. Nəsimi dilçilik inistutunun direktoru, akademik Ağamusa Axundovun yanında keçirilən  müzakirədə birgə iştirak etmişik. Həmin müzakirədə onun dilçiliklə əlaqəli apardığı araşdırmaları yüksək qiymətləndirildi… “

    Yaxşı ki, sağlığında “Söz və Söz konsturuktorluğu”  kitabları 2012 – ci ildə “AqRa” EİDİB – in İH – nin üzvü Məhərrəm Zamanın və digər bu kimi araşdırmaları dəyərləndirən şəxslərin köməyi ilə işıq üzü gördü. 

    Dilçiliklə bağlı əsas araşdırmalarının Azərbaycan Dövlət Pedoqoji Universiteti ilə ciddi elmi əməkdaşlığı nəticəsində ərsəyə gəlməsi nəzərə alınaraq universitenin rəhbərliyi ilə həmin araşdırmalar barəsində müzakirələr aparılması, dəyirli masa və.s. təşkil edilməsi barəsində razılıq əldə edilmişdir.

    Aşağıda göstərilən yazılarda  onun dilçiliklə bağlı məhsuldar fəaliyyətinin əks etdirən linklər yerləşdirilmişdir:

http://teze.aqra.az/az/fikraet-rzayev-soez/ 

http://teze.aqra.az/az/fikraet-rzayev-soez-konstruktorluzhhu-k-tab/ 

http://teze.aqra.az/az/%D0%BA%D0%BD%D0%B8%D0%B3%D0%B0-%D0%BE-%D1%84%D0%BE%D0%BD%D0%B5%D1%82%D0%B8%D0%BA%D0%B5/

 http://teze.aqra.az/az/fikraet-rzayev-soez-konstruktorluzhhu-k-tab/  

http://teze.aqra.az/az/rzayev-fikr%C9%99t-h%C9%99s%C9%99n-oglunun-dilcilik-elminin-fonetikaya-aid-olan-soz-soz-konustruktorlugu-s%C9%99sin-sirri-sozun-sirri-kitabi-si/

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.