Elmdə bilinməyən ideaların yayılması

Print Friendly, PDF & Email

Mə’lumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə (KQ/3/124/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli müqaviləsi əsasında) təqdim etdiyimiz “AqRa” Elmin İnkişafına Dəstək İctimai Birliyinin üzvlərinin “Elmdə bilinməyən ideaların yayılması məqsədilə kitabların çapı” adlı 7000 azn-lik Qrant yardımı əsasında “AqRa” Elmin İnkişafına Dəstək ictimai birliyi tərəfindən Vahid Rzayevin yazıya gətirdiyi Böyük Yaradan deyimləri olan Müqəddəs “Yaranış” Kitabının, özünün müəllifi olduğu “Ümidimiz Sənədir” kitabının, və eyni zamanda facebookda 2015-2018- ci illərdə şəxsi profil səhifəsində paylaşdığı yazılarını bir yerə toplayaraq “İŞIQ, ZƏRRƏ” adlı üç kitabı nəşr olunmuşdur. Cəm nəşrlərin sayı 717 nüsxə təşkil edir.

Kitablarda dünya və bəşər elmində bilinməyən məsələlərə istiqamətlər göstərilir.
Bu İLAHİYYAT ELMİDİR!!!!!!!+1
Həmçinin bildirilir Kİ!! “YARANIŞ” Kitabı Böyük Yaradan deyimləridir. 1998-ci ildə ikinci dəfə Böyük Yaradan tərəfindən Vahid Rzayevə göndərilibdir.
Beləliklə, bu Kitablarda fizika, riyaziyyat, kimya, astronomiya, təbabət,
tarix, mədəniyyət, folklor, etnoqrafiya, coğrafiya və s. kimi -elmin bütün sahələrinə istiqamətlər göstərilibdir.

Beləliklə, bu kitabların nəşri ilə “AqRa” Elmin İnkişafına Dəstək İctimai Birliyinin Fəxri Üzvü seçilmiş Vahid Rzayevin (22.04.1947-21.09.2018) 1999-2000 -ci illərdə az-kril əlifbası ilə nəşir olunan iki kitabını azlatın əlifbası ilə təkrar nəşr etdik.
Eyni zamanda Vahid Rzayevin azkiril və azlatın əlifbası ilə heç bir çap olunmamış kitabı qalmadı.

Ancaq və lakin “Yaranış” kitabının açıqlamalarına xidmət edən Vahid Rzayev və Fikrət Rzayev qardaşlarının bir yerdə on iki səs yazı kasetləri əsasında ərsəyə gətirdikləri “”Yaranış” haqqında söhbət 1, 2, 3-cü hissə”lər adlı kitabları isə azlatın əlifbası ilə çap olunmamış qalmaqdadır.

Mə’lumat üçün onu da bildirək ki, Vahid Rzayevin bütün əl yazmalarını, səs yazılarını, dəftərləri, disk, elektron daşıyıcıları və şəxsi əşyaları Azərbaycan Respublikası Milli Dövlət Arxiv İdarəsində (fond183) saxlanılır.
21.09.2023 -cü ildə Vahid Rzayevin dünyasını dəyişməsinin beşinci ildönümündə “Səs” İnformasiya Agentliyində çap olunmuş Kitabların təqdimat mərasimi keçirilməsi planlaşdırılıb.
Arzu edənlər müraciət edə bilərlər.
Eyni zamanda “Zoom” üzərindən də tədbirə qatılmaq olar.

Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə bundan sonra da əməkdaşlığımızın davam edəcəyinə ümidilə “AqRa” Elmin İnkişafına Dəstək İctimai Birliyinin idarə heyəti və üzvləri adından Mirələkbər Seyidov, Həsən İsmayılov, Turqutbəy Rzazadə, Təvəkkül Vəliyev, Zeynal Rzayev.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.