Dünya, Elə Həmin Dünyadır…

Print Friendly, PDF & Email

İnsanlar Yığışıblar Yer üzünə, Yer Üzündən baxırlar, Yer Üzünə!

Baxırlar, Addımlayırlar, özləri ilə, “Ölçürlər” Yer üzünü!
Yer Üzünü, Dünyanı Dəyişib, özlərinə uyğunlaşdırıb, Onu onunla, “Yormaq”- istəyirlər!
Dünya və Yer Üzü də, “bu davranışlardan”, nə Yorulur, nə Yorur, nə də ki, Yorğunlaşır!
Bəşərin, Bəşəriyyətin, Acı Düşüncələrini, “acı” davranışlarını, yavaş-yavaş, mərhələ-mərhələ, Dünyanın Özü, Yerbə-Yer edir!
Bunları, Nizamlayıb, Nizama Salmağa, Vaxtlar yox, Müddətlər, o, Müddətlərdə, Mərhələlər gedir!

İnsan, İnsanlar, Gəlir-gedir!
Dünya nə Özünü Yorur, nə də ki, Özü Yorulur!
Dünya Yenə də, elə Köhnə Dünyadır!
Gələnlərə Baxır, Gedənlərə bir də, Baxır!
Dünya elə Köhnə Dünyadır! 
Amma ki, ancaq ki, hər Gələnə, Bu Dünya, Onun gözündə, “Yeni”, Dünyadır!
Gələnlərin-gedənlərin, Bunların, Dünyanı Dəyişmək istəklərinə, Uyğunlaşmayan, dəyişə də, “Bilmədikləri”- Yenə də, elə Köhnə, Dünyadır!
Dünyanı, Dəyişə bilsə idilər əgər, bu mümkün olsa idi əgər, Dünyanı niyə Dəyişəcəkdilər, Dünyanın nəyini Dəyişəcəkdilər, nələrini Dəyişəcəkdilər, nəcə Onu, “dəyişəcəkdilər?”.
Bunları, heç soruşan olmadı, bunları, heç düşünən olmadı!
Dünya Həmin Dünyadır!
Bizim üçün, Yeni Dünyadır!
Amma ki, Dünya, Elə Həmin Dünyadır, Yenə də Elə, Köhnə Dünyadır!

Vahid Rzaev.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.