Dünya Azərbaycanlılarına təbrik

Print Friendly, PDF & Email

Əziz həmvətənlər!

Əziz dostlar!

“AqRa” Elmin İnkişafına Dəstək İctimai Birliyi adından Sizi, dünyanın hər tərəfində yaşayan bütün həmvətənlərimizi dünya Azərbaycanlarının həmrəyliyi günü münasibəti ilə ürəkdən təbrik edirik! Sizə möhkəm can sağlığı və işlərinizdə uğurlar arzulayaraq, Azərbaycanın daha da çiçəklənməsi dünyada tanınması bəşər tarixinə, mədəniyyətinə verdiyi töhvələrə görə öz layiq olduğu yerini tutmağa yardım çı olmağa dəvət edirik

Gəlin ” Özümüz özümüzü tanıyaq, milli kimliyimizi dərk edək, dəyərlərimizi unutmayaq! “Daha cox “mən” yox , “BİZ” deməyə calışaq!!!
Azərbaycanın hərtərəfli çiçəklənməsi göz qabağındadır. Həm iqtisadi , həm də mədəniyyət sahələrində uğurlarımız davam edir.
AMEA-nın yeni rəhbərliyi çox önəmli bir məsələyə imza atmışdır. 2014-cü ilin mart ayının birinci yarisında dünyanın hər yerində yaşayan Azərbaycan alimlərinin ilk Qurultayı keçiriləcəkdir. Bu çox mühüm məsələdir. Sizləri də bu önəmli layiheyə qoşulmaga, ona dəstək verməyə dəvət edirik!
Biz “AqRa” EİDİB olaraq bu məsələdə AMEA-nı dəstəkləyir, fəaliyyətimizin baş şüarı olan .“Elm elmdədir.Tədqiqat, araşdırma elmdədir. Nəticələr elmdədir. Bəşəriyyət elm əhatəsində, elmdədir” devizini əsas tutmağı düşünürük… ….
Hesab edirik ki, iqtisadiyyatımızın guclənməsi qədim tariximiz və mədəniyyətimizin təbliği ilə yanaşı elmimizin inkişaf etdirilməsinə, əlaqələndirilməsinə də xidmət edərək , elmin tətbiqi ilə daha güclü, daha önəmli, daha surətlə gedəcək, Azərbaycanın daha da cicəklənməsinə , dünyada tanınmasına, Ümummilli Liderimiz Heydər Əliyevin “Azərbaycan dünyaya Günəş kimi doğacaq !” ideyasının reallaşmasına xidmət edəcəkdir.
Fürsətdən istifadə edib onu da bildiririk ki, “AqRa” EİDİB-də tərəfindən yuxarıda göstərilən istiqamətdə: Azərbaycanın dünyada tanıdılması və özümüzün bunları bilməsi naminə bir çox layihələr, ideyalar hazırlanmışdır. Məsələlər çox şaxəli olduğu üçün həmin layihələri ideyaları arzu edənlərlə bölüşə bilərik və onların həyata keçməsinə yardımçı olmağa hazırıq, təki bu işlər görulsun…

— “AqRa” EİDİB adından

 

Qurultay haqqinda

AqRa EİDİB haqqımızda

AqRa EİDİB haqqında müsahibə

AqRa EİDİB-in müraciəti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.