Dialektika…

Print Friendly, PDF & Email

Dialektika – hər hansı bir fikri yürütmək, onun müdafiə (prinsipial, məqsədli) mövqeyində durmamaq, o fikri aydınlaşdırmaq, fikirlər cəmini məntiqə qədər gətirmək.

Dialektika – mübahisəsiz, təsdiqə can atmamaq, mübağiləsiz (şişirtmədən), inkarsız, sübutsuzluq, müdafiəsiz, hər hansı bir “Fikrə” – fikirlər bölgüsü, nəticəsizliyə yox, bir mütləqə yaxınlaşdırılmasıdır.

Dialektika – bilirəm deyil,  bilmək istədiklərimizdir, araşdırdıqlarımızdır, düşündüklərimiz, müqayisə etməyimiz, müqayisələri bölüşdüyümüz, müqayisələrin bir toplumda cəmidir.

Dialektika – nə sənin, nə mənim, nə sizin, nə bizim – bu fikirlər hamımızındır. Görünən-görünməyən, bilinən-bilinməyən, bu dialektikanın özüdür, başlanğıcıdır.

Dialektika – o bölməz, amma fikirləri böldürər, bir məxrəc qədərində nizamlamaya  gətirər.

Dialektika – çirkini, bulaşığı, qaranlığı götürməyəndir, məqsədli yox, mə`nanı eşidib gözləyəndir, onun bir də “araşdırılmağını”- istəyəndir. O, mə`nanın əvvəli olduğundan məqsədli mə`nasızlığı eşitməyən, dinləməyən, ondan yorğunlaşandır.

Körpə – uşaq dil açıb danışıb, görüb müqayisə edib, müxtəlif suallar verib (bə`zən çox məntiqi) “o, nədir, bu nədir?”- deyib də, dialektikanın özlüyünü, qayəsini sual etmirmi?

Dialektika – ilk yer insanından doğan, onu əhatə edən aləmi görüb də, müqayisələrlə – müqayisələndirib, maraqlanan, bildiklərindən yeni suallarla cavablar axtarmaqdan başlamirmı? Bu hələ də, bu ərəfədə də davam etmirmi?

Dialektika – bilirəm yox, bilmək istəyirəmdir.

Dialektikanın banisi, ilk yer insanıdır banisi! Sualına sual axtarıb, müzakirə, müqayisə edəndir banisi! Bu gün də, yenə də yer insanıdır banisi!

Dialektika – hər hansı fikrin mə`nasını axtararlar, mə`nadan cövhərinə çatarlar, o cövhərdən o fikrin nüvəsini taparlar, o nüvədən məntiqi görərlər. Çünki, dünya tufanından sonrakı mərhələdə, tufandan xilas olmuş o insanlar yığışdılar bir yerə, düşündülər bir yerdə, fikir böldülər bir yerdə, nəticələri axtardılar bir yerdə. Dedilər ki, düşüncədəndir fikirlər, “düşüncədir” fikirlər.

Çox-çox sonrakı dövrü mərhələdə, ona dedilər adlandırdılar “Dialektika”. Dialektika – mə`nası danışıq, dialoqdursa, (fikri qarşılıqlı danışmaqla, mükalimə, müzakirə) o dialoqdan mə`nadırsa, o mə`na müzakirədirsə, müzakirədən ümumiləşmiş məntiqdədirsə, o bütün bəşəriyyətin suallarına və o suallardan ümumiləşmiş  fikirlərə  çatmaqdır.

 

                                                                                                            Vahid  Rzayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir