Sarıköynək

… viran olan bağdan çoxdan idi ki, quş səsi gəlmirdi. Sanki yuvası dağılan quşlar bağdan küsmüşdü. Əvvəllər səhərin gözü açılmamış, gün şəfəqlərini saçmağa macal tapmamış, quşların cəh-cəhi bağı bürüyərdi. Güllər nazlanar, yırğalanıb ətrini ətrafa yayardı. Səhərin mehi bu gözəl ətri bütün bağa çatdırardı. Güllərin ətrindən bihuş olan quşlar daha şövqlə oxuyar, bir-birinə səs verərdilər. Bəs bu axşam vaxtı bu quş […]