Şəhid mahnı

Müharibənin hələ elan edilməmiş vaxtlarından qardaşım Münasif Şəfəq kəndində vuruşurdu. Tankçı idi. Niyyətini gizlətməyən erməni işğalçıları ilə üzbəüz dayananların arasındaydı. Döyüş əməliyyatlarının birində ayaqlarından yaralanıb tibbi vertolyotla Bakıya – Respublika Mərkəzi Hərbi Hospitalına gətirilmişdi. Yeddi aydan çox (ümumilikdə isə il yarım)müddətdə fasiləsiz olaraq hər gün həmin hospitalda yaralılarımızın yanında olmuş, özümü, belə demək mümkünsə, arxa cəbhənin əsgəri hesab etmişəm. Yaralılarımızla, […]