Bu da bir xatirə…

Bakı, 1960-cı illərin sonları, 1970-ci ilin əvvəlləri. Yasamalda indiki H.Zərdabi küçəsi. Səhər-səhər səs düşür “qatıq-qatıq, dağlı çörəyi-dağlı çörəyi” deyən arvadların səsi gəlir. Bir az keçir, yenə binalar arasına səs düşür. Sarı termos maşında hökumət südü gəlir. Sürücü “süd-süd“ deyir, əlindəki düdəklə səs salır. Kimsə o, maşından süd alır, kimsə almır. Maşın tənbəl-tənbəl binaların arasından uzaqlaşır.