Körpə

Ailələrin sevinci olan dilsiz körpə… Məhv oldu bir körpə… Məhv edildi bir körpə… Hələ dünyaya gəlməmiş məhv edildi… Ana bətnində ikən ölümünə qərar verildi… Körpə nə atasının kim olduğunu bildi, nə də anasının. Bir dəfə cigərdolusu nəfəs almadı, bir ağız ağlamadı, bir dəfə gülümsəmədi, bu körpə… Qaniçənlər məhv etdi körpəni… Ana bətninə düşən dəyərli cövhər qanla qarışıb laxtalandı, sonra tədricən […]

Əmir Teymurun Qarabağ sevgisi

(Beyləqan şəhərinin yenidən bərpasının 620 illiyinə) “Güc – ədalətdədir!” “Biz kim, məliki-Turan, əmiri- Türküstan, millətlərin ən uluğu bolğan türknün baş boğunumuz!” Əmir Teymur Korağan Son illərdə türkdilli dövlətlər rəhbərlərinin, xüsusən, Türkiyə, Azərbaycan və Özbəkistan Prezidentlərinin ikitərəfli və çoxtərəfli görüşlərdəki çıxışlarında diqqəti yaxından cəlb edən türk birliyi ideyası və böyük Turan idealı mədəniyyətimiz tarixinin ortaq maraqlarla bağlı bir sıra məsələlərinə yeni […]

Qəddi əyilməyən analar və atalar…

Analar… Bəşəriyyətə layla çalan analar… Haradandır sizdə bi qədər qüdrət? Haradandır sizdə bu qədər dözüm, mətanət? Qarşınızda əyilən başlar, çatılan qaşlar sizi and yeri bilir. Oğlunun tabutunu çiynində aparan ana, onun ağırlığını hiss etdinmi? Onu doqquz ay bətnində gəzdirmək çətin idi, yoxsa son mənzilə öz çiynində aparmaq? Şəhid balasının məzarı yanında uzanıb onun yatdığı torpaqdan ətrini duyan analar… Cənazəsi yerdən […]

Qəzəl

İgid əsgər, bu səhər oldu mübarək zəfərin, Düşdü azad Şuşaya indi güzarın, səfərin. Sancılıb bayrağımız Şişəyə gör, ünvana bəh, Yayılıb Azərbaycana sənin xoş xəbərin. Düşmənin bağrına dağ basdı sənin zərbələrin, Mərhəba! Çaldı zəfər, nura boyandı səhərin. Ordumuz viran edib erməninin postlarını, Dönəcək dastana, əfsanəyə hər bir hünərin. O zəfər badəsini nuş eləmişdir igidim, Yaz ki, Munis, qəzəlin əsgərə olsun nəmərin. […]

Can verən ağac

Hündür ağacın nəhəng gövdəsi cadar-cadar idi. Bu ağacın nə qədər qoca olmasından xəbər verirdi. Ağacın şaxələnən budaqları müxtəlif tərəflərə yönəlmişdi. Böyük bir ərazini zəbt edən budaqların bəziləri yamyaşıl yarpaqlarla örtülmüşdü. Bəziləri isə qurumaq üzrə idi. Xəfif meh yarpaqları titrətdikcə ərtafa xoş bir sərinlik yayılırdı. Budaqların üstündə az qala şirəsi axan ağ tutlar ağ kəpənəklərə bənzəyirdi. Meh əsdikcə yetişən tutlar tappıltı […]

Əmrə Yunis adı və Əbrəqunis toponimi

Yunis Əmrənin Naxçıvanla əlaqəsini bilirsiniz? Yunis Əmrənin doğum tarixi və qəbrinin harda olması haqqında dəyərli alim Akif Azalpın yeni araşdırmaları və mülahizələrini təqdim edirik.      Keçən il vəfatının 700 illiyi beynəlxalq miqyasda qeyd olunan dahi türk şairi və mütəfəkkiri Yunis Əmrənin bütün dünyada ən çox oxunan və sevilən Şərq şairlərindən biri olduğu hamımıza yaxşı məlumdur. Onun yubiley ilinin öz vaxtında YUNESKO tərəfindən […]

“Vətəni bütöv olanın ürəyi də bütövdür” misralarının müəllifi Xanəli Kərimliyə – ELBƏYİ MAQSUDOVDAN.

Körpə maral bağrı yanar Ovçu görsə yarağında. Biz də sözlə alışırıq Şeir,sənət ocağında.       Çox düşərək bərkə-boşa, Əlli ili vurdun başa, Bundan sonra, qardaş, yaşa Yeni əlli marağında.   Zülmət görüb nə yol azdın, Nə kimsəyə quyu qazdın, İki gözəl əsər yazdın Ürəyinin çırağında.   Qəriblikdə daş da solur, Ana,bacı saç da yolur. Kəsilməyə baş da olur, Bütöv […]

“Mənə qələm adlı ilk mandatı İLAHİ verib…”

Şair, filologiya üzrə fəlsəfə doktoru, dosent Xanəli Kərimli Ovqat.com-un suallarını cavablandırır.   Şair Xanəli Kərimli. Bu imza oxucuya nə deyir? Hər bir imza fərdi olmaqla bərabər, həm də ictimaidir. Çünki insan elə bir ictimai varlıqdır ki, onda yaşadığı dövrün və zamanın bütün xətləri bu və ya digər səviyyədə kəsişir. Buna görə də insan yaşadığı zamanın və cəmiyyətin problemləri ilə həmişə […]

YÜZƏ ÇAT; QARA QUTU; ÜNVANINA ÇATMADI Vaqif Məmmədovdan – Xanəli Kərimliyə.

  Vaqif MƏMMƏDOV YÜZƏ ÇAT   Şair dostum Xanəli Kərimlinin 60 illiyinə  Fidanları bağ eylədin bu yolda, Təpələri dağ eyədin bu yolda. Qara saçı ağ eylədin bu yolda, Bu haqqındı,haqqa qovuş, düzə çat!..   Tale vurdu qandalları qoluna, Sən çevrildin söz mülknün quluna. Misraların işıq salır yoluna, Yolları yor,kəlama çat, sözə çat.   Yollar keçdin kinayəli, tənəli, Ömür daha düzəngaha […]

“İNSAN SÖZÜ KƏŞF EDİB, SÖZ DƏ İNSANI…”

Şair Xanəli Kərimli ilə poeziya söhbəti  “Şair olmaq xoşbəxtlikdir” – deyirlər Ruhumuza sığal çəkən, könlümüzü oxşayan, bizi düşündürən, mənəviyya- tımıza təsir edən poeziya romantik duyğuların təcəssümüdür. Lakin o şair xoşbəxtdir ki, yaratdıqları özündən sonra da onu yaşadır. Əminliklə deyə bilərik ki, şair Xanəli Kərimlinin də yaradıcılığı nəsildən-nəslə keçərək onu yaşadacaq. Çünki Xanəli Kərimli “Ay işığında”, “Anamdan məktub”, “Bu da bir […]

1 2 3 4 6