Məmmədov Cavanşir Musa oğlu

Naxçıvan haqqında nəğmə     Qurban olum torpağına, daşına,     Qaldır məni Əlincənin qaşına.     Qoy dolanım, Vətən, sənin başına,     Deməsinlər pərvanəsi çatışmır.    Dərviş Cavanşir (Məmmədov Cavanşir Musa oğlu) 1954-cü ildə Naxçıvan Muxtar Respublikasının Bəbək rayonunun Əliyabad kəndində anadan olmuşdur. Ətrafli: İzləyin.  Dəli Oyna, deyirdilər dəliyə, oyna! Oyna, deyirdilər havalı başla… Əgər oynamasan, başını əzərik, […]

Onlar bizə nə ad veriblər ?

Onlar bizə nə ad veriblər?    Bütün heyvanat aləminə ad deyib, ad vermişik. Heyvanlara ad vermişik: it, pişik, şir, ilan, milçək, qarğa, çalağan, at və.s.    Görəsən ad verdiyimiz o heyvanlar biz insanları görəndə nə düşünür, bizi nə adla bilir? Yəqin fikirləşir ki, “yenə bu … gəlir”. O, heyvanlar aləmi biz insanlar aləminə baxanda, biz insanları nə “adda” bilirlər görəsən? […]

Bu da bir xatirə…

Bakı, 1960-cı illərin sonları, 1970-ci ilin əvvəlləri. Yasamalda indiki H.Zərdabi küçəsi.    Səhər-səhər səs düşür “qatıq-qatıq, dağlı çörəyi-dağlı çörəyi” deyən arvadların səsi gəlir. Bir az keçir, yenə binalar arasına səs düşür. Sarı termos maşında hökumət südü gəlir. Sürücü “süd-süd“ deyir, əlindəki düdəklə səs salır. Kimsə o, maşından süd alır, kimsə almır. Maşın tənbəl-tənbəl binaların arasından uzaqlaşır.

1 5 6 7