“Lütfi Zadə ilə söhbətim gəncliyimin ən dəyərli anlarıdır” – Bakılı tələbə qız
“LUTFİ ZADƏ MƏNƏ DEDİ…” Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakuktəsinin IV kursunda oxuyuram. Məktəb illərində mənə nəsib olan bir hadisəni bütün ömrüm boyu unutmayacam. Oxuduğum liseydə Lütfi Zadə ilə keçirilən görüş və onun mənimlə söhbəti, tövsiyələri mənim üçün dünyanın ən böyük alimin qiymətli dərsidir. 2008-ci il idi. Nəsimi rayonunun 16 saylı texniki-humitar liseyində, onuncu sinifdə oxuyurdum. Müəllimlərimiz xəbər verdilər ki, […]
